Accessibility links

Ukrayna Krımda Rusiyanın iki hərbi obyektini vurduğunu deyir


Ukrayna cümə axşamı hərbi hava qüvvələrinin işğal olunmuş Krımda Rusiyanın iki hərbi obyektinə və yarımadanın ən böyük şəhəri Sevastopol yaxınlığındakı komanda məntəqəsinə zərbələr endirdiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Telegram kanalında "hərbi-hava qüvvələrinin pilotlarına və əməliyyatı mükəmməl planlaşdıran hər kəsə bir daha təşəkkür edirəm" yazıb.

Vəzifəyə Moskva tərəfindən təyin edilən Sevastopol qubernatoru Mixail Razvojayev Telegram kanalında hücumun "son dövrlərin ən kütləvi hücum" olduğunu bildirib.

Gecə yarısından sonra Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krım üzərində Ukraynanın 36 pilotsuz təyyarəsini vurduğunu bəyan edib.

Ukrayna son vaxtlar Rusiya donanmasını Qara dənizdən geri çəkilməyə məcbur etmək ümidi ilə Krıma hücumlarını gücləndirib.

Gələn həftə NATO və Ukrayna rəsmiləri Rusiyanın Ukraynaya qarşı hava hücumlarını gücləndirdiyi kampaniyasını müzakirə etmək üçün görüşəcəyi zaman pilotsuz təyyarələr məsələsi də müzakirəyə çıxarılacaq.

NATO-nun sözçüsü Dilan Vaytın cümə axşamı bildirdiyinə görə, NATO-nun Baş katibi Yens Stoltenberq “Rusiyanın son raket və pilotsuz təyyarə hücumlarından sonra” yanvarın 10-da NATO-Ukrayna Şurası-nı çağıracaq.

Rusiya Ukrayna şəhərlərini hər gün raket və dronlarla hədəf aldığı bir vaxt Ukrayna rəsmiləri müttəfiqlərini ölkənin hava hücumundan müdafiəsini gücləndirməyə çağırır.

Rusiya hücumlarının ən aktiv gecələrindən ikisi keçən həftə baş verib. Paytaxt Kyivi onlarla raket və pilotsuz təyyarə hədəf alıb.

Forum

XS
SM
MD
LG