Accessibility links

Ukrayna öz ərazisində silah istehsalı ilə bağlı Qərblə danışıqlar aparır


Ukrayna pilotsuz təyyarələr də daxil olmaqla, silah istehsalını artırmaq üçün Qərb silah istehsalçıları ilə danışıqlar aparır və yaxın aylarda müqavilələr imzalana bilər.

Bunu Reuters agentliyinə yüksək vəzifəli ukraynalı məmur deyib.

Keçən il Rusiyanın Ukraynaya təcavüzündən bəri Kyiv özünü sursatdan tutmuş reaktiv sistemlərə və raketlərə qədər silahlarla təmin etməkdə çətinlik çəkir.

Ukrayna ABŞ, Almaniya və Böyük Britaniya kimi ölkələrdən dəstək alıb.

Ukraynanın strateji sənayelərin inkişafı nazirinin müavini Serhiy Boev bildirib ki, Kyiv Ukraynada silah istehsalı ilə bağlı Almaniya, İtaliya, Fransa və Şərqi Avropa istehsalçıları ilə danışıqlar aparır.

"Biz onlarla çox ətraflı danışıqlar aparırıq. Əminik ki, qarşıdakı aylarda müqavilələr imzalayacağıq”, Boev Le Bourget (Le Burje) aviaşousu zamanı Reuters agentliyinə bildirib.

XS
SM
MD
LG