Accessibility links

Maksim Strelnikov: "Ukraynanın İzium şəhərində azı min nəfər dinc əhali həlak olub"


İzium Şəhər Şurasının deputatı Maksim Strelnikov brifinq zamanı şəhərin Rusiya qoşunları tərəfindən işğalı zamanı azı min nəfər dinc əhalinin həlak olduğunu bildirib.

Onun sözlərinə görə, "işğalçılar başqa yerlərdə olduğu kimi burada da hərbi cinayətlər törədib və onları gizlətməyə çalışıb. Bizdə olan məlumata görə, hərbi əməliyyatlar nəticəsində azı 1000 nəfər yerli sakin həlak olub".

Strelnikov qeyd edib ki, "Rusiya işğalçıları hələ mart ayında İziumdakı bütün tibb müəssisələrini dağıtdığı və dərmanlara da çıxış məhdud olduğu üçün vaxtında tibbi yardım göstərilmədiyindən daha çox insan əziyyət çəkib".

Deputatın dediyinə görə, hazırda İziumda 10 minə yaxın mülki əhali qalır. Strelnikov qeyd edib ki, şəhərin infrastrukturunun 80%-dən çoxu, xüsusən də mərkəzləşdirilmiş istilik sistemi dağıdılıb.

"Döyüş əməliyyatları və işğal nəticəsində çox böyük ziyan dəymiş şəhərin bərpasına başlamaq üçün ekspertiza və layihələndirmə işlərinin aparılması lazımdır" - deyə, o bildirib.

Rusiya və Ukrayna Müdafiə Nazirliklərinin təsdiq etdiyi kimi Rusiya qoşunları sentyabrın 10-da İzyumdan geri çəkilib. Həmçinin son bir neçə gündə Ukrayna Silahlı Qüvvələri Xarkiv vilayətindəki Balakley və Kupyansk da daxil olmaqla, iyirmidən çox yaşayış məntəqəsini azad edib.

XS
SM
MD
LG