Accessibility links

Kyiv Rusiyanın Ukrayna qüvvələrini Donetksdən sıxışdırıb çıxarmağa çalışdığını bidlirir


Ukrayna Ordusu Baş Qərargahı avqustun 9-da bildirib ki, düşmən Ukrayna qüvvələrinə “maksimum itkilər” verməyə çalışır və Rusiyanın şərqindəki Donetsk vilayətində yerləşən Baxmut və Avdiyivka şəhərlərinə doğru hücumları davam etdirir.

Məlumatda Rusiyanın Ukrayna bölmələrini cəbhə xəttindən sıxışdırılmasına yönəlmiş əməliyyatlar həyata keçirdiyi, Hərbi Hava Qüvvələrinə artilleriya və qurudan dəstək məqsədilə Donetsk istiqamətində hərbi obyektləri bombaladığı bildirilib.

Britaniya kəşfiyyatı avqustun 8-də Rusiyanın Donbasda müdafiə xətlərini qorumaq və saxlamaq üçün piyada əleyhinə minalardan istifadə etdiyi və nəticədə həm hərbçilər, həm də yerli mülki əhali üçün risklər yarandığı barədə xəbərdarlıq edib.

Sürətlə inkişaf edən münaqişədə hər iki tərəfin döyüş meydanında baş verən hadisələrlə bağlı məlumatları təsdiqləmək çətindir.

Lakin Kyivin ordu planlaşdırıcıları bildiriblər ki, onların qüvvələri İvano-Daryivka, Baxmut və Zaytsevo ətrafındakı bir neçə yaşayış məntəqəsində kəşfiyyat və hücum əməliyyatlarını dəf edib.

Onlar Avdiyivka və Krasnohorivka ətrafında uğursuz irəliləyişlərdən sonra Rusiya qüvvələrinin geri çəkildiyini bildirib.

Kyivin bildirdiyinə görə, Rusiyanın “Kalibr” qanadlı raketləri olan iki hərbi gəmisi Ukraynanın Qara dəniz sahillərində döyüşə hazırdır.

Bu arada, Avropanın ən böyük nüvə obyektində baş verə biləcək fəlakət səbəbindən Zaporojye Atom Elektrik Stansiyasının həftə sonu atəşə tutulması ilə bağlı beynəlxalq narahatlıqlar davam edir.

Ukraynanın Enerhoatom nüvə enerjisi şirkətinin rəhbəri nüvə fəlakətinin qarşısını almaq üçün Zaporojyenin hərbi əməliyyatlardan azad zona elan edilməsinə çağırıb.

BMT-nin Baş katib Antonio Quterreş avqustun 8-də beynəlxalq müfəttişlərə Zaporojye Atom Elektrik Stansiyasına girişə icazə verilməsinə çağıraraq, “nüvə stansiyasına istənilən hücumun intihar olduğu” haqda xəbərdarlıq edib.

XS
SM
MD
LG