Accessibility links

Rusiyanın hərbi hücumundan sonra Moldova və Rumıniyaya 26 minə yaxın ukraynalı qaçqın gəlib


Moldova höküməti bildirir ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri təxminən 16 min ukraynalı qaçqını qəbul edib.

Daxili işlər naziri Ana Revenco fevralın 25-də bildirib ki, son 24 saat ərzində 15 800 Ukrayna vətəndaşı Moldova sərhədini keçib. Gələnlərin böyük əksəriyyəti Avropa İttifaqına getmək istədiyi, təxminən 100 nəfərin isə 100 nəfər Moldovada sığınacaq üçün müraciət etdiyi bildirilir.

Moldova höküməti Rusiyanın Ukraynaya hücumi ilə əlaqədar 60 günlük fövqəladə vəziyyət rejimi tətbiq edib.

Birləşmiş Millətlər Təşkilatı Rusiyanın bu ölkəyə qarşı apardığı müharibənin şiddətlənməkdə davam edəcəyi təqdirdə, Ukraynadan 4 milyona qədər insanın qaçqın düşə biləcəyini bildirir.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin sözçüsü Şabia Mantu fevralın 25-də Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, Rusiyanın işğalından sonra Ukraynada ən azı 100 min insan evlərini tərk edib, bir neçə min insan isə artıq Moldova, Rumıniya və Polşa da daxil olmaqla qonşu ölkələrə sığınıb. BMT agentliyi həmçinin qaçmaq istəyən ukraynalılara yardım etməyə hazır olduğunu bildirib.

BMT-nin insan haqları ofisinin sözçüsü Ravina Şamdasani bildirib ki, Ukraynada “atəş və hava zərbələri nəticəsində” 25 mülki vətəndaş həyatını itirib, 102 nəfər yaralı var. O dəqiq rəqəmlərin daha çox olduğunu güman etdiyini deyib.

“Biz hələ də Ukraynada hansı mülki infrastrukturun harada vurulduğunu müəyyən etməyə çalışırıq” - deyə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan məlumat verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG