Accessibility links

NATO ölkələri Ukraynaya daha çox silah tədarük edilməsinə çağırıb


Almaniya Rusiyanın hücumundan müdafiə olmaq üçün Ukraynaya silah verməkdən imtina ürmək fikrindən əl çəkməsi ilə bağlı avropalı müttəfiqlərinin təzyiqləri ilə üzləşib.

Bazar ertəsi Britaniya Almaniyanın hava məkanından yan keçərək Ukraynaya tank əleyhinə qısamənzilli raketlər göndərib. Britaniyanın müdafiə naziri Ben Volles qanunvericilərə Kremlin 100 mindən çox əsgərini topladığı Ukrayna sərhədlərində Rusiyanın “getdikcə artan təhdidləri” fonunda daha çox hərbi və təhlükəsizlik yardımının göndəriləcəyini deyib.

Volles Rusiyanın işğal planlaşdırdığına dair "qanuni və real narahatlıq" olduğunu deyib. Rusiya rəsmiləri onların belə planlarının olduğunu təkzib etsə də, ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan əvvəl “Ukrayna çox böyük təhlükə qarşısındadır” - deyə, xəbərdarlıq edib.

Ukrayna ordusu tank əleyhinə “Javelin” raketlərini nümayış etdirir
Ukrayna ordusu tank əleyhinə “Javelin” raketlərini nümayış etdirir

Ukraynanın hərbi təchizat məsələsi ilə bağlı Almaniyaya qarşı məyusluğu artıb. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov keçən ay Berlinin NATO-nun Dəstək və Satınalma Agentliyindən pilotsuz təyyarələrə qarşı və snayper əleyhinə sistemlərin alınmasına veto qoymasından şikayətlənərək, bu hərəkəti “çox ədalətsiz” adlandırıb.

Daha sonra Berlin onların qeyri-öldürücü silah olduğu qənaətinə gəldikdən sonra dron əleyhinə sistemlərin alınmasına icazə verib. Kyiv hərbi texnika və təchizat çatışmazlıqlarını aradan qaldırmağa çalışır. Lakin Berlin silah tədarükünün Moskva tərəfindən təxribat kimi qiymətləndirilə və Rusiyanın eskalasiyasına səbəb ola biləcəyindən narahatdır.

Reznikov xəbərdarlıq edib ki, Putinə qarşı müqavimət üçün güc mövqeyindən çıxış etmək yanlışlıqdır.

"Rusiyanı təxribata məcbur etməmək - bu strategiya işləmir və işləməyəcək" - deyə, o, keçən ay bildirmişdi.

Türkiyə istehsalı Bayraktar pilotsuz uçuş aparatı Kyivdə nümayiş etdirilir
Türkiyə istehsalı Bayraktar pilotsuz uçuş aparatı Kyivdə nümayiş etdirilir

Ukrayna ABŞ, Britaniya, Litva, Fransa və hərbi dronlar aldığı Türkiyə ilə müqavilələr bağlayaraq silah alır.

Raket və zenit sistemləri, elektron döyüş dəstləri və kiber-müdafiə avadanlıqları Ukraynanın alış-veriş siyahısında yüksək yer tutur. Ukrayna eyni zamanda çox sayda hədəfi vura bilən “Yer-Yer” tipli raketləri də almağa can atır.

Bayden administrasiyası keçən ay Ukraynaya 200 milyon dollarlıq əlavə müdafiə təhlükəsizliyi ilə bağlı yardımını təsdiqləyib. Çərşənbə günü Amerika rəsmiləri Rusiya prezidenti Vladimir Putinin hücuma qərar verəcəyi təqdirdə Ağ Evin xərclərini artıracaq yeni təchizat variantlarını nəzərdən keçirdiyini bildirib.

Rusiyanın aqressiv addımlar atmaq niyyətində olması qorxusu ilə administrasiya Ukrayna ordusunu daha çox tank əleyhinə “Javelin” raketlər və zenit-raket kompleksləri ilə təmin etməyi düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG