Accessibility links

Ərdoğan Putinlə Rusiyanın işğalı altında olan Ukrayna nüvə stansiyasını müzakirə edəcək


Türkiyə Prezidenti Ərdoğan və Rusiya lideri Putin (Soçi) 
Türkiyə Prezidenti Ərdoğan və Rusiya lideri Putin (Soçi) 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra rusiyalı həmkarı Vladimir Putinlə Ukraynanın Rusiyanın nəzarətində olan Zaporojye nüvə stansiyası ilə bağlı məsələni müzakirə etməyi planlaşdırdığını bildirib.

Avqustun 19-da Ukraynadan Türkiyəyə qayıdarkən jurnalistlərlə söhbət edən Ərdoğan Avropanın ən böyük nüvə stansiyası olan Zaporojye stansiyası ətrafındakı vəziyyəti "dünya üçün təhlükə" adlandırıb.

Ərdoğan əlavə edib ki, Zelenski bir gün əvvəl Ukraynanın qərbindəki Lviv şəhərində apardıqları danışıqlarda Rusiyadan Atom Elektrik Stansiyasının ətrafındakı ərazini minalardan təmizləməsini istədiyini deyib.

"Biz bu məsələni cənab Putinlə müzakirə edəcəyik və ondan konkret olaraq bunu xahiş edəcəyik ki, Rusiya bu məsələdə öz üzərinə düşəni etsin ki, dünya sülhü üçün mühüm addım olsun. [Ruslar] bu addımı atmalıdırlar. Ukraynanın həm Zaporojyedəki texniki heyəti və öz hərbi qüvvələri var və onlar oradakı texniki heyəti və əsgərləri ilə təhlükəsizliyi təmin etməyə qadirdir", - deyə Ərdoğan bildirib.

Bir gün əvvəl Ərdoğan xəbərdarlıq etmişdi ki, "biz daha bir Çernobıl istəmirik".

Ukraynanın dövlət nüvə şirkəti Enerhoatom avqustun 19-da Rusiya qüvvələrini stansiyada işləyən elektrik bloklarını söndürmək və onları Ukraynanın elektrik şəbəkəsindən ayırmaq planında ittiham edib.

Bu addımın Moskva tərəfindən planlaşdırılan "genişmiqyaslı təxribatın" bir hissəsi olduğu və Moskvanın özü də Kyivi ərazidə "təxribat" hazırlamaqda ittiham etdiyi bildirilir.

Avqustun 18-də Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlardan sonra Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Zaporojye nüvə stansiyasına missiyasının parametrləri ilə razılaşdığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü zavodun ətrafındakı zonanın demilitarizasiya planını "qəbuledilməz" adlandırıb və bunun zavodu hücumlara qarşı daha həssas edəcəyini bildirib.

Rusiya zavodda əsgərlərinin olduğunu inkar etmir, lakin ərazini atəşə tutduğu iddiaları ilə razılaşmır. Əvəzində Moskva Ukrayna qüvvələrini bölgəyə artilleriya mərmiləri atmaqda günahlandırır, rəsmi Kyiv isə bunu təkzib edir.

XS
SM
MD
LG