Accessibility links

BMT müfəttişləri Ukraynanın Atom Elektrik Stansiyasında işə başlayır


BMT-nin nüvə üzrə müfəttişləri bölgədəki döyüşlərin obyektə təhlükə yarada biləcəyinə dair beynəlxalq narahatlıq fonunda Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında işlərinə cümə axşamı başlayacaq və vətəhlükəsizlik və qorunma məsələlərini qiymətləndirəcək.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi jurnalistlərə deyib ki, stansiyanın yaxınlığında “bu gün səhər də olmaqla, hərbi fəallıq artıb”.

Ukrayna və Rusiya dəfələrlə bir-birini Avropanın ən böyük nüvə obyekti və Ukrayna üçün əsas enerji mənbəyi olan elektrik stansiyasının yaxınlığındakı ərazini atəşə tutmaqda ittiham edib.

Bu, cümə axşamı da davam edib. Rusiya Ukraynanın zavodu ələ keçirməyə cəhd etdiyini və oraya qoşun göndərdiyini, Ukrayna isə Rusiya qüvvələrinin Beynəlxalq Atom Enerjisi Agentliyinin komandasının əraziyə gedəcəyi marşrutu atəşə tutduğunu deyib.

Ukraynanın atom elektrik stansiyalarına nəzarət edən “Enerhoatom” şirkəti bildirib ki, Rusiyanın ərazini atəşə tutması Zaporojye Atom Elektrik Stansiyasının fövqəladə mühafizə sistemini reaktorlarından birini dayandırmasına səbəb olub.

Qrossi komandasının ilk işinin bir neçə gün davam edəcəyini düşündüyünü və orada daimi mövcudluq yaradacağına ümid etdiyini deyib.

Dünya liderləri müharibə zonasının ortasında olan nüvə stansiyasının zədələnə biləcəyindən və 1986-cı ildə Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında olduğu kimi radiasiya fəlakətinə səbəb ola biləcəyindən qorxduqlarını bildirib.

Çərşənbə günü Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Cozep Borrell Rusiyanı bir daha zavodun ətrafındakı ərazini tam demilitarizasiya etməyə çağırıb.

“Oyun oynayırlar. Onlar nüvə təhlükəsizliyi ilə oynayırlar. Belə bir ərazinin yaxınlığında müharibə oyunları oynaya bilmərik” - deyə, Borrell bildirib.

Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder Beynəlxalq Atom Enerjisi Agentliyinin komandasının oradakı mövcudluğunu alqışlayıb və Rusiyanı Zaporojye stansiyasında işlərini yerinə yetirməyə imkan verməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG