Accessibility links

Ukraynada yaşlı işçilər üçün müharibə yaş ayrı-seçkiliyinə son qoyulmasına ümid verir


Ukraynada yaşlı işçilər üçün müharibə yaş ayrı-seçkiliyinə son qoyulmasına ümid verir
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Ukraynada yaşlı işçilər üçün müharibə yaş ayrı-seçkiliyinə son qoyulmasına ümid verir

Bir çox ölkədə olduğu kimi, Ukraynada da 50-60 yaşlarında olan insanlar üçün iş tapmaq gənclərə nisbətən daha çətindir. Bir təşkilat Ukraynada müharibəyə görə işçi çatışmazlığı ilə əlaqədar yaranmış vəziyyəti dəyişməyə çalışır.

57 yaşlı Yevgeniya Kovalenko hər səhər bəzəkli, eleqant şlyapa və hündürdaban ayaqabı geyərək rəsm qalereyasına işə tələsir. İncəsənət Qalereyasının əməkdaşı Yevgeniya Kovalenko: "Mən burada mənə ehtiyac duyulduğunu hiss edirəm."

Kovalenko işini Rusiya genişmiqyaslı hərbi müdaxiləyə başlayanda itirdi və yenisini tapmaq üçün ona bir il yarım vaxt lazım oldu. "İş axtarış saytlarında qeydiyyatdan keçdim və hər gün CV-lərimi göndərdim. Amma nəticəsiz. Yaşım problem idi, heç kimə lazım deyiləm".

Yaşlı insanlara dəstək olan "Həyatdan Həzz Al" xeyriyyə fondunun təsisçisi Tina Nikolova deyir ki, Kovalenkonun vəziyyətinə bənzər hallar Ukraynanın əmək bazarında adi haldır. "Bizim cəmiyyət çox qərəzlidir. Sənəd qəbulu yalnız 45 yaşa qədər şəxs üçün idi. Onlar izah etdilər ki, ofis 5-ci mərtəbədədir və yaşı 45-dən yuxarı olanlar üçün pilləkənləri qalxmaq çətin ola bilər".

Fond yaşlı insanlara müasir əmək bazarına uyğunlaşma yollarını öyrətməyə başlayıb. Kovalenko hər il kurslarda iştirak etmək üçün qeydiyyatdan keçən üç min nəfərdən biri idi. Yevgeniya Kovalenko: "Bunlar psixoloji dəstək kursları idi. Bizə həmçinin CVvə işə daxil olmaq üçün məktub yazmağı öyrətdilər".

Fond işinə Rusiyanın hərbi müdaxiləsindən əvvəl başlayıb. Fond 2018-ci ildə fond yaşlı iş axtaranları təcrübəçi axtaran şirkətlərə yönəltmək məqsədi ilə “Yetkinlərin Təcrübə Həftəsi"nə start verib. "Həyatdan Həzz Al" xeyriyyə fondunun təsisçisi Tina Nikolova: "Əvvəlcə iş dostlarımdan xahiş etdim ki, "yaşlı bir təcrübəçini işə götürün". Sonra layihəyə 7 şirkət qoşuldu. Bu il artıq qeydiyyatdan 300 şirkət keçib".

Onların arasında “İntegrites” hüquq şirkəti də var. Şirkət layihəyə təcrübəçilərin işə götürülməsi ilə başlayıb, lakin indi iş təklif etməyə hazırdır. "Integrites" hüquq şirkətindən Tetyana Potapova: "Bizim yaşlılarla işləməkdə böyük təcrübəmiz var idi. Böyük həyat təcrübəsi və emosional sabitlik sayəsində onlar öz vəzifələrini yaxşı yerinə yetirə bilirdi."

Kovalenkonun müdiri də onu işə götürmək qərarından razıdır. İncəsənət Qalereyasının direktoru Marina Muradneviç: "Mən həmişə gənclərlə, əsasən də kişilərlə işləmişəm. Amma indi onlar ordudadır. Yevgeniya çox yaxşıdır. O, artıq işimizin bütün texniki və mədəni sahələrindən xəbərdardır".

"Həyatdan Zövq Al" xeyriyyə fondu ümid edir ki, hazırkı əmək bazarındakı vəziyyət işəgötürənləri Muradneviçdən nümunə götürməyə sövq edəcək. Tina Nikolova: "Ukraynada müharibə səbəbindən böyük kadr çatışmazlığı var. Kişilərimizin çoxu döyüşür. Buna görə də daha çox tələbat var. İndi yaşlılar çox iş görə bilər."

Qrupun məlumat bazasında kafe işçilərindən tutmuş, sosial media marketinq mütəxəssislərinə qədər uzun müddətdir gənclərin üstünlük təşkil etdiyi bir çox peşələr var və onların hamısı təcrübələrini işdə nümayiş etdirməyə can atırlar.

Forum

XS
SM
MD
LG