Accessibility links

Ukrayna şənbə günü evakuasiya üçün humanitar dəhliz açır


Kyiv
Kyiv

Şənbə günü Ukraynanın Luqansk regionunda insanların təxliyəsi üçün humanitar dəhliz açılıb. Bu barədə regionun qubernatoru Sehiy Qaiday məlumar verib. O deyib ki, evakuasiya zamanı yemək də olacaq.

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi enerji və ərzaq qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub,” Qlobal İnkişaf Mərkəzi cümə günü bildirib. Mərkəz bildirib ki, təhlili “qiymət artımının miqyasının 40 milyon insanı kəskin yoxsulluğa sürükləyəcəyinə işarə edir.”

“Hökumətlər və beynəlxalq agentliklər humanitar ehtiyacları təxmin etmək və dəstəkləmək üçün cəld və comərdcəsinə hərəkət etməlidirlər – ancaq onlar böhrandan Aİ və ABŞ-da qida təhlükəsizliyinə xələ gətirən kənd təsərrüfatı siyasətində islahatlar aparmaq üçün fürsət olaaraq istifadə etməlidirlər,” mərkəz deyib.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi cümə günü Ukraynanın şimal-şərqindəki Sumi şəhərinə “təcili humanitar yardımının ilk karvanını” çatdırdığını bildirib.

“130 ton mühüm yardıma 35 minə yaxın insana kömək edəcək tibbi ləvazimatlar, butulka suyu, hazır və konservləşdirilmiş qidalar daxildir,” idarə bildirib. “Bunlardan əlavə karvanda 50 min insana yardım etmək üçün su sitemlərinin bərpası üçün nəzərdə tutulan avanlıqlar var idi. ”

Ukrayna rəsmiləri bu həftə Rusiyanın cənubda yerləşən Mariupol şəhərinə hava hücumu nəticəsində dağılan teatrın dağıntıları altında ölənlərin olub-olmadığını müəyyən etməli olduqlarını deyirlər. Rusiya qüvvələri Ukayna şəhərlərinə atəş açmağa davam edir, bu arada isə hər iki tərəfdən vasitəçilər ortaq yol tapmağa çalışırlar.

Ukrayna rəsmiləri bildirib ki, cümə gününə olan məlumata görə, teatrdın zirzəmisindən 130 nəfər xilas edilib. Çərşənbə günü havadan hücum zamanı dağılan teatrda müvəqqəti bomba sığınacağında olduğu güman edilən 100-lərlə daha insanın axtarışları davam edir.

Mariupol şəhər şurası Telegram-da bildirib ki, “ilkin məlumatlara əsasən, ölən yoxdur. Amma bir insanın ağır yaralandığına dair informasiya var.”

Teatr içərisində mülki vətəndaşlar, o cümlədən uşaqların olduğuna dair işarələr rəğmən bombalanıb. Rusiya teatra hücum etdiyini inkar edir.

Bundan əlavə cümə günü Rusiyanın Ukrayna ilə danışıqlarda baş vasitəçisi deyib ki, tərfələr Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi məsələsində razılığa yaxındırlar.

Vladimir Medinski cümə günü deyib ki, iki ölkə Ukraynanın neytral statusu qəbul etməsinə “yolun yarısını qət edib.”

Ukraynalı vasitəçi Mikailo Podolya Twitter-də deyib ki, “Bizim mövqemiz dəyişməzdir. Atəşkəs, qoşunların geri çəkilməsi və konkret formulaları olan güclü təhlükəsizlik zəmanətləri.”

Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü yaydığı video müraciətdə Moskva ilə hərtərəfli sülh danışıqlarına çağırıb.

“Görüşmək vaxtı gəlib çatıb, danışıqlar aparmaq vaxtıdır,” o deyib və əlavə edib ki, “Ukrayna üçün ədaləti və ərazi bütövlüyü bərpa etmək vaxtıdır. Əks halda Rusiyanın itkiləri elə olacaq ki, bərpa olunması üçün bir neçə nəsil keçməli olacaq. ”

ABŞ – Çin danışıqları

Diplomatik cəbhədə isə ABŞ prezidenti Co Bayden və Çin Prezidenti Şi Tsinpin cümə günü nadir videokonfrans zəngində Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə ediblər.

Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki, Bayden “çox açıq şəkildə, liderdən liderə” Çinin Rusiyaya maddi dəstək verməsinin "nəticələrinin nə olacağını" çatdırdı.

"Çin harada durmaq istədiyini və tarix kitablarının onları və onların əməllərini necə təsvir etmək istədiyinə özü qərar verməlidir," o əlavə edib.

Çinin Xarici İşlər Nazirliyi iki saata yaxın davam edən müzakirədən sonra bəyanatında bildirib ki, “münaqişə və qarşıdurma heç kəsin marağında deyil.”

Ancaq nazirliyin sözçüsü Hua Çunyinq ABŞ-ın Çinin tarixin yanlış tərəfində olmaq riski ilə üzləşdiyini deməsini tənqid edib və bildirib ki, ABŞ administrasiyası “hədsiz” davranır.

Çin Rusiyanın hərbi yardım istəyinə cavabından asılı olaraq, münaqişədə mühüm rol oynaya bilər. Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımın əsas hissəsini təmin edir. Bayden bu həftə əlavə 800 milyon dollarlıq müdafiə paketini elan edib.

Rusiya hələ də ilişib qalıb

Britaniya müdafiə kəşfiyyatının münaqişə ilə bağlı son dəyərləndirməsi göstərir ki, “Rusiya qüvvələri bu həftə minimal irəliləyiş əldə edib.”

Hərbi müdaxilə dördüncü həftəsinə daxil olduğu bir vaxt Rusiya qoşunları Kremlin əsas məqsədi olan Kyivin nəzarətini ələ keçirə bilməyib.

Britaniyanın Müdafiə Nazirliyi cümə günü Twitter-də bildirib ki, “Kyiv və Mikolaiv ətrafındakı Ukrayna qüvvələri Rusiyanın şəhərləri mühasirə etmək cəhdlərinin qarşısını almağa davam edir.”

“Xarkiv, Çerihiv, Sumi və Mariupol şəhərləri hələ də mühasirə olunub və Rusiyanın ağır atəşlərinə məuz qalır.”

ABŞ-ın müdafiə rəsmiləri dəfələrlə Rusiya ordusunun Ukrayna qüvvələrinin sərt müqaviməti ilə üzləşdiyini bildirib.

Moskvada Rusiya Prezidenti Vladimir Putin cümə günü on minlərlə insanın olduğu stadionda Ukraynada döyüşən Rusiya qüvvələrini tərifləyib.

“Biz uzun zamandır bu qədər birlik olmamışdıq,” o deyib.

“Biz nəyi, necə və nəyin bahasına etməli olduğumuzu bildirik. V biz bütün planlarımızı mütləq həyata keçirəcəyik,” o əlavə edib.

Rusiyanın ABŞ-a qarşı iddiaları

Bu arada BMT-nin Təhlükəsizlik Şurası cümə günü Rusiyanın tələbi ilə bir həftə ikinci dəfə ABŞ-ın Ukraynada gizli bioloji silah proqramı yürütdüyünə dair son ittihamlarını müzakirə etmək üçün iclas keçirib.

Rusiyanın səfiri Vasili Nebenzya iddia edib ki, Rusiya qüvvələri hərbi hücumları zamanı yeni sənədlər üzə çıxarıv və Ukrayna iddia olunan layihədə yalnız ikinci dərəcəli rol oynayıb.

“Ukrayna mütəxəssisləri bioloji materiallarının transferinin mümkün riskləri barədə məlumatlandırılmayıb,” o deyib. “Onların aparılan tədqiqatın real məqsədləri haqqında real təsəvvürləri yolxdur.”

ABŞ-ın elçisi Linda Tomas-Qrinfild daha öncə iddiaları “qəribə konspirasiya nəzəriyyələri” adlandıraraq rədd edib və deyib ki, ən son iddilar sanki “internetin hansısa qaranlıq küncündən gəlir.”

Birləşmiş Millətlər Təşkilatının bildirib ki, onlar insan haqları idarəsi cümə günü döyüşlər başlayandan bəri 816 mülki vətəndaşın öldüyünü təsdiq edib, ancaq ölüm hallarının bundan daha yüksək olduğuna inanır. Ukrayna rəsmiləri minlərlə mülki vətəndaşın öldürüldüyünü deyir.

BMT-nin təxminlərinə əsasən, Ukraynada müharibədən təxminən 3.3 milyon insan qaçıb.

BMT-nin miqrasiya idarəsi cümə günü bildirib ki, ölkəni tərk edənlərdən əlavə, 6.5 milyon insan Ukrayna daxilində didərgin düşüb və əlavə 12 milyon insan təhlükəsizlik riskləri və resurs çatışmazlığı səbəbilə Ukraynanın bəzi hissələrinə ilişib qalıb və oranı tərk edə bilmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG