Accessibility links

Ukrayna parlamenti beş deputatın mandatını ləğv edib


Ukraynanın siyasi xadimi və Rusiya prezidenti Vladimir Putinin qızının xaç atası Viktor Medvedçuk
Ukraynanın siyasi xadimi və Rusiya prezidenti Vladimir Putinin qızının xaç atası Viktor Medvedçuk

Ukrayna parlamenti Verxovna Rada dördü dövlətə xəyanətdə şübhəli bilinən beş deputatın mandatını ləğv edib.

Ukraynalı deputat Yaroslav Jeleznyak yanvarın 13-də Telegram kanalındakı paylaşımında deyib ki, iki gün əvvəl prezident Volodimir Zelenskinin vətəndaşlıqdan məhrum edilməsinə dair qərarına görə deputatlar Andriy Derkaç, Taras Kozak, Rinat Kuzmin və Viktor Medvedçukun mandatlarının ləğvinə səs veriblər.

Jeleznyak Telegram kanalında beşinci deputat Andriy Aksonovun mandatının öz xahişi ilə etibarsız elan edildiyini bildirib.

Yanvarın 10-da Zelenski Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti tərəfindən onların dövlətə xəyanət etdiyi ilə bağlı toplanmış faktlara əsasən Derkaç, Kozak, Kuzmin və Medvedçuku Ukrayna vətəndaşlığından məhrum etdiyini bildirib.

Konstitusiyada deyilir ki, "vətəndaşlığın itirilməsi deputat mandatının ləğvi üçün əsas kimi təqdim edilə bilər".

Həmin şəxslərdən azı üçü hazırda Ukraynadan kənardadır.

Onların dördü də hazırda Ukraynada qadağan edilmiş Rusiyaya dost olan "Müxalifət Platforması - Həyat Naminə" partiyasının üzvləri tərəfindən seçilib.

Derkaç iyirmi ildən artıqdır ki, Ukrayna qanunvericisidir, lakin müstəntiqlər onun Rusiya hüquq-mühafizə və kəşfiyyat orqanlarından "2019-2022-ci illərdə Ukraynaya qarşı təxribat fəaliyyətinə görə" yarım milyon dollardan çox pul aldığına inanırlar. O, keçən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri parlamentin iclaslarına qatılmayıb.

Uzun müddət Ukraynanın siyasi xadimi olan və Rusiya prezidenti Vladimir Putinin qızının xaç atası olduğu deyilən Medvedçuk aprel ayında həbs edilib və sentyabr ayında əsir mübadiləsi zamanı Rusiyaya təhvil verilib.

Kozak Ukraynanı 2021-ci ildə tərk edib.

Müstəntiqlər Kuzminin mediada "Ukraynanın əleyhinə təbliğat materialları yerləşdirdiyini" deyir.

Aksonov Ali Radaya 2021-ci ilin aprelində "Poryadok" partiyasından seçilib. Lakin 2017-ci ildə təhqiqatlar onun Rusiya vətəndaşı ola biləcəyini üzə çıxardığı zaman onun deputat seçilməsi mübahisələrə səbəb olub.

Beş nəfərdən heç biri mandatlarından məhrum edilməsi qərarına açıq şəkildə münasibət bildirməyib.

XS
SM
MD
LG