Accessibility links

Ukrayna və Polşa arasında diplomatik gərginlik yaşanır


Polşa prezidentinin xarici siyasət üzrə müşavirinin Kyivin Rusiya ilə müharibədə Varşavanın dəstəyinə daha çox dəyər verməsi barədə mübahisəyə səbəb olan bəyanatından sonra Ukrayna və Polşa bir-birinin səfirlərini çağırıb.

Prezidentin müşaviri Marcin Pşidaç eləcə də görünür, gələn ay Ukrayna mallarının idxalına qoyulan qadağaya işarə edərək deyib ki, Polşa hökuməti öz fermerlərinin maraqlarını qorumalıdır.

Kyiv və Varşava Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan bəri gclü müttəfiq olsa da, mübahisə ziddiyyətlərin olduğunu nümayiş etdirib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleh Nikolenkonun bildirdiyinə görə, görüş zamanı Polşa səfirinə deyib ki, Ukraynanın Polşanın yardımına görə guya nankorluq etməsi ilə bağlı söhbətlər "həqiqətə uyğun deyil və qəbuledilməzdir".

Ukrayna tərəfinin bəyanatında "Biz əminik ki, Ukrayna-Polşa dostluğu siyasi məqsədəuyğunluqdan qat-qat dərindir. Siyasətçilər xalqlarımız arasında qarşılıqlı anlaşmaya və münasibətlərin möhkəmliyinə şübhə etməməlidir" deyilib.

Polşa "X" sosial şəbəkəsində (keçmişdə Twitter kimi tanınıb) “Ukraynanın hökumət nümayəndələrinin şərhlərinə" cavab olaraq, Polşa Xarici İşlər Nazirliyinin Ukraynanın Varşavadakı səfirini də çağırdığını bildirib. Məlumatda hansı şərhlərin nəzərdə tutulduğu açıqlanmayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG