Accessibility links

Donald Tusk: "Ukraynaya müharibə səylərində dəstək verməkdən daha vacib məsələ yoxdur"


Bazar ertəsi Ukraynaya səfər edən Polşanın Baş naziri Donald Tusk hərbi müttəfiqlər arasında aylarla davam edən siyasi gərginlikdən sonra Polşa ilə Ukrayna arasında münasibətləri gücləndirmək istədiyini bəyan edib.

Tusk bazar ertəsi Polşa televiziya kanalına müsahibəsində "Ukraynaya müharibə səylərində dəstək verməkdən daha vacib məsələ yoxdur. Bu, birnömrəli məsələdir" deyib.

Tuskun Kyivə səfəri 1919-cu ildə Qərbi və Şərqi Ukraynanın birləşməsinin qeyd edildiyi "Ukraynanın Birlik Günü" bayramına təsadüf edib.

Tusku Kyivdə Ukraynanın Baş naziri Denis Şmıqal qarşılayıb. Tusk və Ukrayna prezidenti Volodimir Zelenski arasında da danışıqlar aparılıb.

Zelenski görüşün sonunda "Ukrayna və Polşa sərhəddəki son etirazlar də daxil olmaqla, iki ölkə arasında problemli məsələləri həll edə biləcək" deyib.

"Biz Polşanın Baş naziri ilə mövcud olan bütün kritik məsələlərin hökumət səviyyəsində həll oluna biləcəyini müzakirə etdik və bu sahədə iş yaxın gələcəkdə başlayacaq" - deyə, Zelenski Kyivdə danışıqlardan sonra Tusk ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Tusk hökuməti Ukraynaya yeni yardım paketi çərçivəsində daha çox sursat və hərbi texnika istehsal etmək imkanlarını araşdırır. Bunu keçən həftə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Varşava 2022-ci ilin fevralında Rusiyanın təcavüzündən sonra Ukraynanın əsas müttəfiqinə çevrilib və Kyivə daha çox maliyyə və hərbi dəstək vermək üçün Qərb müttəfiqlərinə fəal lobbiçilik edib. Ukraynada müharibə başlayandan bəri Polşa bir milyondan çox ukraynalı qaçqını qəbul edib.

İki ölkə arasında münasibətlər son aylar Polşa yük maşınlarının ümumi sərhədlərini blokadaya alması səbəbindən pisləşib.

Polşalı sürücülər noyabrın 6-dan Ukrayna ilə bir neçə sərhəd keçid məntəqəsini bağlayıb. Onlar Avropa İttifaqından Ukrayna şirkətlərinin üzv ölkələrində fəaliyyət göstərmək üçün icazə almalı olduğu, Avropa yük maşınlarının isə Ukraynaya giriş icazəsi almalı olduğu sisteminin bərpa edilməsini tələb edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG