Accessibility links

Polşa Ukraynaya "PT-91 Twardy" də daxil olmaqla, 60 tank göndərəcək


Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakın bildirdiyinə görə, Polşa bundan əvvəl elan etdiyi 14 "Leopard 2" və "PT-91 Twardy" də daxil olmaqla, Ukraynaya daha 60 tank göndərəcək.

Polşanın baş naziri Tadeuş Moravetski Kanadanın CTV News tele-kanalına müsahibəsində məsələyə aydınlıq gətirərək deyib ki, söhbət 60 zirehli avtomobillərdən gedir və onlardan 30-u "PT-91"dir.

Polşa artıq Ukrayna Silahlı Qüvvələrinə öz istehsalı, ölkənin silahlı qüvvələrinin əsas döyüş tankları "PT-91 Twardy" tanklarını verib. "PT-91" Sovet dövrünün "T-72" tankının daha güclü mühərriki və yanğınsöndürmə sistemi olan, təkmilləşdirilmiş versiyasıdır.

Bundan əvvəl, bir neçə həftəlik gözləmədən sonra Polşa hökuməti Almaniyadan Ukraynaya "Leopard" tanklarının göndərilməsinə razılıq alıb. Polşanın baş naziri Tadeuş Moravetski icazə gəlmədən əvvəl "Biz oturub Ukraynada qan axmasına tamaşa etməyəcəyik" deyib.

Polşa müdafiə nazirinin müavini Voytsex Skurkeviş Varşavanın bir neçə həftə ərzində "Leopard" tanklarını Ukraynaya təhvil verə biləcəyinə əmin edib. Digər ölkələr tankların təhvil verilməsinə qərar verdikdən sonra Polşa ukraynalılara təlimlərə başlayacaq.

NYT xəbər verir ki, hazırda Avropada iki minə yaxın müxtəlif modifikasiyalı "Leopard" tankı var. Berlin Ukraynaya Bundesverin ehtiyatlarından 14 ədəd"A6" modifikasiyalı "Leopard 2" tankı tədarük edəcək.

Kanada hərbi yardım çərçivəsində Kyivə 4 ədəd "Leopard 2" tankı bağışlayacağını bəyan edib. ABŞ Ukraynaya 31 ədəd "M1 Abrams" tankı və 8 ədəd "M88" təmir-bərpa zirehli maşını, 500-dən çox zirehli texnika verəcək.

XS
SM
MD
LG