Accessibility links

Ukrayna Rusiyanın 22 dronunu məhv etdiyini bildirir


Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiya qüvvələri gecə boyu 22 hava dronu ilə hücum edib. Ukraynanın Mikolaiv bölgəsində rəsmilər evlərə ziyan dəymədiyini deyib.

Ukrayna hava qüvvələri bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri dronların 22-ni də Mikolaiv, Dnipropetrovsk, Xerson, Poltava və Smı bölgələri üzərində vurub.

Mikolaiv regionunun qubernatoru Vitali Kim Telegram-da bildirib ki, düşən qalıqlar bir evi dağıdıb, sənaye obyektinə ziyan vurub. Xəsarət alanların olmadığını bildirilib.

Poltavanın qubernatoru Filip Pronin Telegram-da bildirib ki, Rusiyanın hücumu nəticəsində bir nəfər yaralanıb, sənaye obyektinə ziyan dəyib.

Dnipropetrovsk qubernatoru Serhiy Lısak isə Telegram-da deyib ki, dron hücumu beş evə, üç ferma binası və elektrik xəttlərinə ziyan vurub.

Rusiyanın müdafiə nazirliyi çərşənbə günü bildirib ki, Belqorod bölgəsi üzərində iki, Kursk bölgəsi üzərində iki, Voronej bölgəsi üzərində isə bir Ukrayna dronunu məhv edib. Xəsarət alanların olmadığı bildirilib.

Zelenskinin danışıqları

ABŞ Prezident Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftə Fransada görüşəcəyi gözlənilir. Bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan müxbirlərə məlumat verib.

Dəmin danışıqlardan sonra liderəlr Böyük Yeddilərin İtaliyada keçirilən sammitində bir başqa görüş keçirəcəklər.

Sallivan bildirib ki, Baydenin Prezident Zelenski ilə iki əhəmiyyətli görüşü, o cümlədən Ukraynaydakı hazırkı vəziyyət və Birləşmiş Ştatların dəstəyini “davam etdirməsinin və dərinləşdirməsinin” yolları ilə bağlı danışıqları olacaq.

İkinci görüş Ukraynanın İsveçrədə keçiriləcək sülh konfrasından bir az öncəyə tasadüf edəcək. Bayden orada iştirak etməyəcək. ABŞ-ın nümayəndə heyətinə Vitse-prezident Kamala Harris və Sallivan daxil olacaq.

Sallivan bildirib ki, Ukraynanın daha çox hava hücumundan müdafiə sitemlərinə ehtiyacı var və Birləşmiş Ştatlar onlarla birlikdə “davamlı silah axının” təmin etmək üzərində işləyir.

O bildirib ki, hazırda ABŞ-ın dəstəyinə Ukraynaya hərbi təlimçilər göndərmək daxil deyil.

Rusiya çərşənbə axşamı Ukraynada xarici hərbi təlimçilərə hücumları istisna etməyib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, xarici təlimçilərin “toxunulmazlığı yoxdur.”

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi çərşənbə axşamı müxbirlərə deyib ki, o, Böyük Yüddilərin danışıqlarında dondurulmuş rus aktivlərindən Ukraynada bərpaetmə səylərini ödəmək üçün istifadə müzakirə olunacaq.

Kirbi deyib ki, həmin aktivlər bütün dünyada var və bu planın işləməsi üçün müttəflqiləri koordinasiyası tələb olunur.

Peksov örən ay deyib ki, Aİ-nin dondurulmuş rus aktivlərindən Ukraynanın müdafiəsinə yardım etmək üçün istifadə etmək “müsadirədən başqa bir şey deyil.”

Forum

XS
SM
MD
LG