Accessibility links

Ukrayna Rusiyanın 42 dronla yeni hücumlar etdiyini bildirir


Ukrayna çərşənbə günü bildirib ki, Rusiyanın gecə boyu hücumlarında Ukraynanın səkkiz bölgəsini hədəf alan 42 drindan, habelə 5 Rusiya raketindən isitfadə olunub.

Ukrayna hava qüvvələri bildirib ki, ölkənin hava hücumundan müdafiəsi 42 drondan 38-ni vuruv. Hava qüvvələrinin məlumatına görə, onlar Dnipropetrovsk, Odesa, Xaekiv, Vinnitsia, Xmelnitsi, Çerkasi, Xerson və Sumı bölgələri üzərində vurulub. Ukraynanın baş prokuroru deyib ki, Sumıda 7 nəfər xəsarət alıb.

Dnipropetrovsk bölgəsinin qubernatoru Serhiy Lısak elektrik xəttininin zədələndiyini, amma heç kəsin xəsarət almadığını deyib. Rusiya rəsmiləri bildirib ki, Ukraynanın iki dronu çərşənbə günü Rusiyanın ən böyük dəmir filizi zavodlarında yanacaq qurğularına hücum edib.

Kursk bölgəsinin qubernatoru Roman Staravoit deyib ki, hücum Mixailovski QOK dəmir filizi zavodunda baş verib və yamğına səbəb olub, amma xəsarət alan yoxdur.

Rusiyanın müdafiə naziri çərşənbə günü Voronej bölgəsi üzərində Ukraynanın iki, Belqoron bölgəsi üzərində isə bir dronunun qarşısını aldığını bildirib.

Krüml çərşənbə günü Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynada mülki infrastruktura hücumları yönəltmək də daxil olmaqla müharibə cinayəti şübhəsi ilə iki yüksək rütbəli rus kommandiri ilə bağlı çıxarılan həbs orderini rədd edib.

“Biz bunu tanımırıq,” Kremlin sözçüsü Dmitri Peskov müxbirlərə deyib. Həbs orderləri Rusiyanın Aerokosmik Qüvvələrinin Uzaqmənzilli Aviasiyasının komandiri general-leytenant Sergey İvanoviç Kobılaş və Rusiyanın Qara Dəniz Donanmasının dəniz admiralı Viktor Kinolayeviç Sokolov üçün çıxıralıb.

“Mən dəfələrlə vurğulamışam ki, günahsız din əhalini və ya qorunan obyektlərə təsir göstərən əməllərə görə məsuliyyər daşıyanlar bilməlidirlər ki, bu davranış beynəlxalq humanitar qanunda əks olunan bir sıra qaydalara tabedir,” Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan bəyanatında deyib. “Bütün müharibələrdə qaydalar var. O qaydalar istinasız olaraq hər kəsə şamil olunur.”

Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik müraciətində bunu alqışlayıb və “Rusiyanın müharibə cinayətlərini araşdıran bütün rəsmilərə” minnətdarlığını ifadə edib.

“Ukraynanın dinc əhalisi və mülki infrastrukturuna hücumları əmr edən hər bur Rusiya komandiri bilməlidir ki, ədalət bərqərar olacaq. Bu cür cinayətləri törədən hər kəs bilməlidir ki, onlar məsuliyyət daşıyacaq,” Zelenski X-də yazıb.

Forum

XS
SM
MD
LG