Accessibility links

Ölkənin şərqində şiddətli döyüşlər davam etdiyi bir vaxt, Ukrayna Xerson şəhərinə qatar xidmətini bərpa edib


Xerson.
Xerson.

Ukrayna bu yaxınlarda geri aldığı Xerson şəhərinə qatar xidmətini bərpa edib. Bu arada isə Ukrayna qüvvələri Donbasın şərqində intensiv döyüşlərlə üzləşir ki, orada Rusiya qoşunları bir neçə cəbhədə hücumlarını gücləndiriblər.

Bundan əlavə noyabrın 19-da Britaniyanın baş naziri Prezident Volodimir Zelenski ilə danışıqlar üçün Kyivə gözlənilmədən səfər edib və yeni silah və təhlükəsizlik yardımı paketini elan edib.

Ukrayna dövlət dəmir yolu idarəsinin Kyivdən gəldiyini elan etdiyi qatar Rusiya qüvvələri Xersondan geri çəkiləndən və Ukrayna qüvvələri şəhəri ələ keçirəndən bir müddət sonraya təsadüf edən kiçik, amma simvolik bir nailiyyətdir.

Bu, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən sonra Kyivdən Xersona yola düşən ilk qatardır. Rəsmilər bununla da müntəzəm qatar xidmətinin bərpa edildiyini bildirib.

Ukrayna ordusunun Baş Qərargahı bildirib ki, Rusiya Ukraynada raketlər və dronlarla enerji infrastrukturuna zərbələr endirməyə davam edir. Xersonun 300 kilometr şimal-şərqində yerləşən Zaporijjya noyabrın 18-dən bəri 42 dəfə vurulub, nəticədə minlərlə insan istiliksiz qalıb, deyə Baş Qərargah gündəlik məlumatında bildirib.

“Raket partlayışları mərkəzi istilik boru kəmərlərini zədələyib və 17 mindən çox insanın yaşadığı 123 çoxmərtəbəli binaya soyuducu mayenin verilməsini dayandırıb,” - Zaporijjya vilayətinin qubernatoru Aleksandr Starux Telegram-da yazıb.”

Zaporijjya regionunda Avropanın ən böyük nüvə eleketrik stansiyası yerləşir ki, o, fevral ayında hərbi müdaxilə başlayandan bəri Rusiyanın nəzarəti altındadır.

Ukraynanın bir çox hissəsi, o cümlədən Kyiv arabir, bəzən uzun müddətli elektrik və istilik sistemində fasilələrlə üzləşir ki, bu problem bu həftə qış havasının başlaması ilə daha da pisləşib. Baş nazir Denis Şmıhal bu həftə deyib ki, ölkənin enerji infrastrukturunun təxminən 50 faizi Rusiyanın zərbələri nəticəsində sıradan çıxıb.

Rusiyanın Müdafiə Nazirliyi Donbasda bir neçə yerdə intensiv döyüşlərin getdiyini təsdiqləyib.

AzadlıqRadiosu intensiv döyüşlərin getdiyi ərazilərdə döyüş meydanında uğurların əldə edildiyinə dair məlumatları təsdiqləyə bilməyib.

Britaniya Baş naziri Rişi Sunak ofisinin yaydığı bəyanatında bildirib ki, London Ukraynanı 59.4 milyon dollarlıq silah paketi ilə təmin edəcək ki, buna təyyarə əleyhinə silahlar və dron əleyhinə texnologiyalar daxildir.

“Mən bu gün Birləşmiş Krallığın..Ukrayna ehtiyacı olan və layiq olduğu sülh vətəhlükəsizliyi qazananadək sizin yanınızda olmağa davam edəcəyini demək üçün buradayam,” Sunar Zelenski ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG