Accessibility links

Ukrayna azad edilən Xersonu işıqlandıran jurnalistlərin akkreditasiyasını ləğv edib


Ukrayna azad edilən Xersonu işıqlandıran jurnalistlərin akkreditasiyasını ləğv edib
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Ukrayna azad edilən Xersonu işıqlandıran jurnalistlərin akkreditasiyasını ləğv edib

Ukraynanın Xerson şəhəri noyabr ayının ortalarında azad edildikdən sonra, bütün dünya xoşbəxt vətəndaşların Ukrayna əsgərlərini qarşıladıqları görüntülərə şahid oldu. Ancaq hökumət rəsmilərindən öncə şəhərə daxil olan bəzi jurnalistlər media akkreditasiyalarını itiriblər.

Bəzi jurnalistlər Ukrayna hökumətinin icazəsi olmadan yenidən azad olunan Xerson şəhərinə daxil olandan sonra, höökumət onların Ukraynada media akkreditasiyasını ləğv edib.

Müdafiə Nazirliyi bu qərarı açıqlayarkən jurnalistlərin “mövcud məhdudiyyətlərə məhəl qoymadıqlarını” bildirib.

Jurnalistika icmasının üzvləri buna cavab olaraq Prezident Volodimir Zelenski və Ukrayna ordusunun rəsmilərinə məktub göndərərək, onların akkreditasiyalarının dərhal bərpa olunmasını tələb edib.

Akkreditasiyaları ləğv olunanlar arasında ukraynalı jurnalist Anastasia Stanko var. O, Xerson azad olunandan bir neçə saat şonra şəhəri ziyarət edib.

“Orada olan bəzi jurnalistlərin işıqlandıra bildiyi şənlik ab-havası üçün orada olmaq çox vacib idi. Bu, Ukrayna Silahlı Qüvvələri “geri gəlib, bu Rusiya şəhərində hər kəsi öldürəcək” deyən Rusiya propaqandasının yalan olduğunu göstərir. Heç nəyi uydurmağa ehtiyac yoxdur. Yerli sakinlərin Urkayna ordusunu necə qarşıladığını gördünüz,” jurnalist Anastasiya Stanko deyir.

“Ukrainska Pravda”nın baş redaktoru Sevgil Musayeva onunla razılaşır. Onun fotoreportyoru Dmitro Larinin da akkreditasiyası ləğv edilib.

“O, yerli sakinlərin Ukrayna silahlı qüvvələrini necə qarşıladıqlarını göstərən çox vacib video idi. Bu, Rusiyanın referendumlara dəstəyin təxminən 80 faiz olduğuna dair yaymaq istədiyi mifin yanlış olduğunu sübut etdi,” Sevgil Musayeva deyir.

Ukraynanın Müdafiə Nazirliyi qərarını müdafiə edərək, jurnalistlərin yenicə azad olunan şəhərdə olmalarının çox təhlükəli olduğunu bildirib. Ancaq Musayeva deyir ki, Xersonun azad edilməsini işıqlandırmağın vacibliyi risklərindən daha üstündür.

“Mən başa düşürəm ki, müharibə jurnalistlərin işinə müəyyən məhdudiyyətlər qoyur – atəş açılması, döyüş bölgələrini ziyarət etmək və s. Amma burada azad olunan Xersonu dünyaya göstərmək çox vacib idi,” Musayeva deyir.

Ukrayna Milli Jurnalistlər İttifaqı qərarını dəyişməsi üçün Müdafiə Nazirliyinə müraciət edib.

“Rəsmilər və ordu rəhbərliyi Xersonun azad edilməsi kimi tarixi hadisəni işıqlandıran jurnalistlərə akkreditasiyalarını geri verməlidir,” ittifaqdan Sergiy Tomilenko deyib.

Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatı, habelə Jurnalistlərin Müdafiə Komitəsi qeyri-kommersiya təşkilatı baş verənlərlə bağlı narahatlığını ifadə edib.

“Mən həqiqətən də bu qərarın arxasında bir əsas görmürəm və ümid edirəm ki, onların akkreditasiyaları yaxında bərpa olunacaq və onlar Xerson və digər bölgələrdən reportajlarını davam etdirə biləcəklər,” Jurnalistlərin Müdafiə Komitəsindən Gülnoza Səid deyib.

Noyabrın sonuna olan məlumata görə, beynəlxalq və ukraynalı jurnalislərin akkreditasiyası ilə bağlı qeyri-rəsmi danışıqlar aparılır. Hələ ki, heç bir rəsmi qərar verilməyib.

XS
SM
MD
LG