Accessibility links

Rusiyanın Ukraynaya hücumları nəticəsində ölənlərin sayı artıb


Yeni ilin ilk günü Ukrayna üçün Rusiyanın cümə günü kütləvi raket zərbələri nəticəsində həlak olanların matəm günü oldu.

Üç gün əvvəl Rusiyanın Kyivə kütləvi hava zərbələri nəticəsində dağıntılar altından qalan daha 5 cəsəd aşkar edilib. Şəhər rəsmiləri bazar ertəsi Ukrayna paytaxtında bu hücum zamanı ölənlərin sayının 28-ə çatdığını bildirib.

Kyivin hərbi qubernatoru Serhiy Popko Telegram kanalında “Doğmalarını və yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı verirəm. Dinc sakinləri qətlə yetirən terrorçular Ukrayna torpağına tökülən qana görə heç vaxt bağışlanmayacaqlar” yazıb.

Rusiya və Ukrayna bazar ertəsi bir-birini ölümcül hücumlarda ittiham edib. Belə ki, tərəflər bir-birinə qarşı raket və dron hücumları həyata keçirib və bu, Ukraynanın Rusiyanın təcavüzünü dəf etmək üçün daha bir il mübarizə deməkdir.

Ukraynanın şərqində, işğal altındakı Donetsk vilayətinin Rusiya tərəfindən təyin edilmiş rəhbəri Donetsk şəhərində atışma nəticəsində 4 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını bildirib.

Qubernator Oleh Kiperin bildirdiyinə görə, Rusiyanın vurulan pilotsuz təyyarəsinin qalıqları Odesada yaşayış binalarını zədələyib və bir nəfərin ölümünə, üç nəfərin yaralanmasına səbəb olub.

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın qərbindəki Lviv vilayətində bir neçə pilotsuz uçuş aparatını vurub.

Ukrayna Hərbi Hava Qüvvələri bazar ertəsi bildirib ki, Rusiya ümumilikdə 90 ədəd pilotsuz uçuş aparatından istifadə edib ki, onlardan 87-ni Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulub.

Ukrayna prezidenti Volodimir Zelenski Yeni İl müraciətində 2024-cü ildə Rusiya Ukraynanın "ən azı bir milyon" pilotsuz təyyarəsi də daxil olmaqla, "yerli istehsalımızın qəzəbini hiss edəcək" deyib.

O, Ukraynanın Krımda Rusiya gəmisinə son hücumuna işarə edərək deyib ki, "Qara dənizdəki əməliyyatlarımız Rusiya donanmasının tarixində qaranlıq səhifəyə çevrilib".

Zelenski "Ukrayna yeni ilin nə gətirəcəyini dəqiq bilməsə də, nə gətirirsə gətirsin, biz daha güclü olacağıq" deyib.

Rusiya prezidenti Vladimir Putin xalqa əvvəlcədən yazılmış yeni il müraciətində Rusiyadakı "birliyi" yüksək qiymətləndirib və Rusiyanın Ukraynaya qarşı müharibəsində heç vaxt geri çəkilməyəcəyini vurğulayıb.

Forum

XS
SM
MD
LG