Accessibility links

Sumı alimləri alternativ enerji mənbələrinin inkişafı üzərində işləyir


Sumı alimləri alternativ enerji mənbələrinin inkişafı üzərində işləyir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Sumı alimləri alternativ enerji mənbələrinin inkişafı üzərində işləyir

Rusiya raketləri Ukraynanın enerji infrastrukturunu və elektrik şəbəkəsini hədəf aldığına görə, şimaldakı Sumının elm adamları işıqları yandıra biləcək günəş texnologiyasının kütləvi istehsalına başlamağa ümid edir.

Rusiyanın işğalı başlayandan bəri, Sumı şəhərinin alimləri alternativ enerji mənbələrinin inkişafı üzərində işləyir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin ölkənin enerji infrastrukturunun çox hissəsini məhv etməsindən sonra bu çox vacibdir.

Sakinlər alimlər yardım edəcəyinə ümid edir. Oleksiy Drozdenko "Qonşularım bunu etdiyimizə sevir. Onlar “Oleksiy buradadırsa, hər şey yaxşı olacağıq" deyir.

Sumı sakini Oleksiy Drozdenko damının üstündə quraşdırılan günəş panelləri sayəsində enerji əldə edir və qonşuları ilə paylaşır. "Biz Kyiv və Xarkovda zərər dəymiş elektrik maşınları ilə məşğul olan təmirxanalara zəng edərək, onlardan hələ də işlək vəziyyətdə olan və təkrar doldurulan akkumulyatorları bizə satmalarını xahiş edirik. Üç-dörd evi tam avtonom şəkildə hər gün təxminən on saat elektrik enerjisi ilə təmin edəcəyimizə ümid edirik".

Sumə Dövlət Universitetinin Kompüter Elmləri kafedrasının müdir müavini olan Drozdenko deyir ki, onun universitetdəki komandası portativ günəş batareyası icad edib.

Hər bir elektrik batareyasının qiyməti 4000 dollardan aşağıdır. Onlar Vinnitsa və Volın vilayətləri də olmaqla, Ukraynanın bəzi yerlərində kütləvi istehsal olunur. Oleksiy Drozdenko: "Biz elektrik enerjisi olmayan ərazilərdə istənilən keçid məntəqəsini, sahə xəstəxanasını və ya komanda məntəqəsini enerji ilə təmin edə bilərik. Bir nəfər onu açıb, sonra isə 5-7 dəqiqəyə yığa bilər."

Bu müvəqqəti elektrik stansiyası altı günəş panelindən, eləcə də sadə yük maşınlarının akkumulyatorlarından ibarətdir.

Batareyalar təkcə enerji toplamaq və saxlamaqla kifayətlənmir, həm də onu faydalı enerji mənbəyinə çevirir. "Üçüncü element, batareyaların düzgün işləməsini təmin edən və generatorlar kimi digər enerji mənbələrini əlavə etməyə imkan verən çeviricidir" - deyə, Drozdenko bildirir.

Drozdenko deyir ki, Sumi sakinləri günəş panelləri quraşdırır. "Mən bir neçə sakinin evlərinin damlarında, balkonlarında günəş panelləri quraşdırdığını və onları batareyalara qoşmağın yollarını tapdığını görmüşəm. Beləliklə, bu, asılı olmamağa doğru bir addımdır".

Sumı mühəndisləri həmçinin günəş panellərini daha ucuz və ətraf mühit üçün daha təhlükəsiz materiallardan istifadə edərək, özlərini təkmilləşdirməyə çalışır.

XS
SM
MD
LG