Accessibility links

Baxmut uğrunda ağır döyüşlər davam edir


Ukrayna ordusu martın 3-də Baxmutda şiddətli döyüşlər getdiyini, Kyiv qüvvələrinin ölkənin şərq bölgəsi Donetskdə Rusiyanın çox sayda hücumunu dəf etdiyini bildirib.

Aylardır şərqdə döyüşlərin episentri olan Baxmutla yanaşı, Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman, Avdiyivka və Şaxtyorsk şəhərləri və şimal-şərqdəki Xarkov vilayətinin Kupyansk şəhərləri isqamətində Rusiya qüvvələrinin azı 85 hücumunu dəf edib. Bu haqda Ukrayna ordusunun Baş Qərargahı gündəlik hesabatında bildirib.

Keçən ilin ikinci yarısında Ukrayna qüvvələrinin bəzi əraziləri geri almasından sonra Moskva Ukraynanın Donbas bölgəsində yeni hücumlara başlayıb.

Rusiya piyada qoşunlarından istifadə edərək, Baxmutu mühasirəyə almağa və Ukraynanın təchizat xətlərini kəsməyə cəhd edir.

Ukrayna rəsmiləri şəhərin müdafiəsi çox baha başa gədiyi üçün qoşunlarının Baxmutdan tamamilə çıxmalı və ukraynalıların daha güclü müdafiə mövqelərinə malik olduğu qərb və şimal-qərbdə yeni mövqelərə çəkilməli ola bildiklərini düşünür.

Ukrayna Milli Qvardiyasının komandiri Vladimir Nazarenko Ukrayna radiosuna verdiyi açıqlamasında Baxmutda vəziyyətin "kritik" olduğunu deyib.

Nazarenko deyib ki, Ukrayna qüvvələri geri çəkilməzdən əvvəl Rusiya qüvvələrinin mümkün qədər çox itki verməsinə çalışır.

"Ukrayna torpağının hər metri düşmənə yüzlərlə insan həyatına başa gəlir" deyib Nazarenko.

Qərb ekspertləri Rusiyanın Baxmuta dəyər verməsini sorğulayır və bunun Rusiya üçün daha az strateji və simvolik əhəmiyyət daşıdığını bildirib.

Ukrayna hərbçilərinin bildirdiyinə görə, Rusiya qüvvələri gecə ərzində mülki infrastrukturu atəşə tutmaqda davam edib, nəticədə dinc əhali yaralanıb və şəhərə böyük zərər vurub.

"Düşmən beynəlxalq humanitar hüquq normalarını pozmaqda davam edir. Belə ki, işğalçılar Donetsk, Zaporijye və Xerson vilayətlərinə 31 hava zərbəsi və 3 raket zərbəsi endirməklə, mülki infrastrukturu hədəf alıb. Mülki əhali arasında yaralananlar var, çoxmərtəbəli yaşayış binalarına və fərdi evlərə zərər dəyib" - deyə, hərbçilər bildirib.

XS
SM
MD
LG