Accessibility links

ABŞ dekabr ayından bəri Rusiyanın müharibədə 20 min əsgərinin həlak olduğunu bildirib


Ağ Ev bazar ertəsi bildirib ki, dekabr ayından bu yana Ukraynanın şərqindəki ağır döyüşləri zamanı 20 mindən çox olmaqla, Rusiyanın ümumilikdə 100 min itki verdiyini təxmin edir.

Sonu görünməyən bu müharibədə ən şiddətli döyüşlər Rusiyanın Baxmut şəhərini mühasirəyə almaq üçün mübarizə apardığı Ukraynanın şərqdəki Donetsk bölgəsində gedir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin bildirdiyinə görə, ABŞ-ın hesablamaları Amerika kəşfiyyatına əsaslanır. O, kəşfiyyatın bu rəqəmi necə əldə etdiyi barədə məlumat verməyib.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli noyabr ayında Rusiyanın müharibənin ilk 8 ayında 100 mindən çox əsgərinin öldüyünü və ya yaralandığını bildirmişdi. Yeni rəqəmlər Rusiyanın itkilərinin son aylarda kəskin şəkildə artdığını göstərir.

Rusiyanın muzdlulardan ibarət "Vaqner" qruplaşması və digər qüvvələr "həyat yolu" kimi tanınan, qərbə doğru yolda hələ də Ukraynanın nəzarətində olan sonuncu bölgələri ələ keçirmək üçün ev-ev döyüşür. Hər iki tərəf son günlərdə əldə etdiyi nailiyyətləri qeyd edib.

Kirbinin dediyinə görə, dekabr ayından bəri öldürülənlərin təxminən yarısı “Vaqner” qüvvələri olub ki, onların çoxu döyüşmək üçün həbsdən azad edilən məhkumlardır. Kirbi "Vaqner" qüvvələrinin "döyüşlərə kifayət qədər hazırlıqlı olmadan" atıldığını bildirib.

Ağ Ev dəfələrlə müharibənin ümumi trayektoriyası üçün məhdud strateji əhəmiyyətə malik olduğunu iddia etdiyi Baxmutda Rusiyasnın həm insan, həm də silah-sursat itkisinin dəyərini vurğulamağa çalışıb. Bununla belə, bəzi analitiklər qeyd edirlər ki, Baxmuta nəzarəti ələ keçirmək Rusiyanın Donetsk bölgəsindəki Kramatorsk və Slovyansk şəhərlərinə doğru irəliləmək səylərinə yardım edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG