Accessibility links

Rusiya Qara Dəniz Donanmasının flaqmanı ciddi şəkildə zədələnib


Rusiya cümə axşamı Qara dəniz donanmasının flaqman gəmisinə ciddi ziyan dəydiyini bildirib. Rusiyanın partlayış olduğu, Ukrayna rəsmilərinin isə raketlə vurulduğunu dediyi gəminin bütün ekipaj üzvləri təxliyə edilib.

Rusiya Müdafiə Nazirliyi “Moskva” hərbi gəmisinin göyərtəsindəki sursatın partladılmasının yanğınla nəticələndiyini, lakin yanğının qarşısının alındığını və gəminin suda qaldığını bildirib. Nazirlik əlavə edib ki, gəminin əsas silahları zədələnməyib və gəminin limana qaytarılması üçün səylər göstərilir.

Odessa şəhərinin qubernatoru gəminin iki qanadlı raket tərəfindən vurduğunu bildirib.

Çərşənbə günü Ağ Ev ABŞ Prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinin Ukraynada soyqırım törədə biləcəyi ilə bağlı sürpriz bəyanatını dəstəkləyib.

Bayden həmçinin bəyan edib ki, Vaşinqton Ukraynaya daha 800 milyon dollarlıq silah, sursat və digər yardımlar göndərir.

Ağ Evin mətbuat katibi Cen Psaki prezidentin soyqırım deməsi ilə bağlı açıqlaması "Prezident hamımızın gördüklərindən, hiss etdiyi şeylərdən danışırdı, baş verən vəhşiliklər gün kimi aydındır" deyib.

"Dünən də qeyd etdiyi kimi əlbəttə ki, məhkəmə zalında hüquqi proses olacaq. Lakin o, gördüklərindən, bizim hamımızın gördüyü o torpaqlardakı vəhşiliklərdən ilə danışırdı" Psaki bildirib.

"Bunun adını nə qoymağımızdan asılı olmayaraq, bu gün təqdim etdiyimiz nəhəng hərbi yardım paketinin bu vəhşiliklərin baş verdiyinə sübutdur və indi bizim məqsədimiz bu müharibədə ukraynalılara yardım və yardımı davam etməkdir" deyə, əlavə edib.

Kremlin sözçüsü Dmitri Peskov Baydenin "Vəziyyəti təhrif etmək üçün bu cür səyləri qəbuledilməz hesab edirik, Bu, son dövrlərdə məlum cinayətlər törədən bir ölkə olan ABŞ prezidenti tərəfindən çətin ki, qəbul edilə bilər" dediyi şərhi rədd edib.

Bayden çərşənbə günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir saatlıq telefon söhbətində ona yeni yardım barədə məlumat verib.

Pentaqon yeni silah paketinə 500 Javelin raketi, 300 pilotsuz uçan Switchblade aparatı, 300 zirehli maşın, 11 vertolyot, kimyəvi, bioloji və nüvə qoruyucu vasitələri, 30 min dəst zirehli gögəkçə və dəbilqənin daxil olduğunu bildirib.

XS
SM
MD
LG