Accessibility links

Britaniya Müdafiə Nazirliyi: Rusiyanın Ukraynaya raket hücumları arasında fasilələr artacaq


Rusiyanın cümə axşamı Ukraynaya qarşı raket hücumları dalğasından bir gün sonra Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, bu cür zərbələr arasındakı fasilələr çox güman ki, artacaq.

Nazirlik bildirib ki, Rusiyanın “Ukraynanın hava hücumundan müdafiə sistemini kifayət qədər alt-üst etmək və güclü zərbə endirmədən əvvəl birbaşa sənayenin özündənçox sayda yeni raket ehtiyatı əldə etmək” üçün vaxta ehtiyacı var.

Rusiyanın cümə axşamı Ukraynaya genişmiqyaslı hücumları azı 6 nəfərin ölümünə, yüz minlərlə insanın istilik və elektrik enerjisiz qalmasına səbəb olub.

Bu, üç həftə ərzində Ukraynaya edilən ən böyük hücum olub. Ukrayna qüvvələri Rusiyanın atdığı 81 raketdən 34-nü və İran istehsalı 4 pilotsuz təyyarəni vurduğunu bildirib ki, bu, adətən olduğundan çox azdır.

Ukrayna prezidenti Volodimir Zelenski gündəlik müraciətində "Rusiyanın əməlləri nə qədər zalım olsa da, dövlətimiz və xalqımız zəncirlə bağlı qalmayacaq" deyib.

O, həmçinin "Ukraynaya dəstəyin təmin edilməsi məqsədi ilə Ukrayna mədəniyyətinin dünya ilə ünsiyyət imkanlarını gücləndirmək yollarını" müzakirə etmək üçün Ukraynanın mədəniyyət komitəsinin üzvləri ilə görüşdüyünü bildirib.

"Diplomatiya, jurnalistika və mədəniyyət dünyanın mübarizəmizi başa düşməsi və bizə yardım etməsi üçün ən çox fəaliyyət göstərən üç sahədir" deyib Zelenski.

Rusiya Müdafiə Nazirliyi hücumların bu yaxınlarda Moskvanın ukraynalı diversantlar olduğunu iddia etdiyi qrup tərəfindən qərbdəki Bryansk bölgəsinə hücumuna cavab olaraq həyata keçirildiyini bildirib. Ukrayna bu iddianı rədd edib və Moskvanın bu ittihamlardan öz hücumlarını gücləndirmək üçün istifadə etdiyini deyib.

XS
SM
MD
LG