Accessibility links

Kanada Ukraynaya 200 ədəd "Senator" zirehli maşını verəcək


Kanadanın müdafiə naziri Anita Anand
Kanadanın müdafiə naziri Anita Anand

Kanada Ukraynaya 200 ədəd "Senator" zirehli texnika verəcəyini bəyan edin. Bu barədə Kanadanın müdafiə naziri Anita Anand Kyivdə ukraynalı həmkarı Aleksiy Reznikovla görüşü zamanı bildirib.

"Bu gün 200 ədəd zirehli texnikanı hədiyyə etməklə biz Ukrayna xalqının təhlükəsizliyinə sarsılmaz sadiqliyimizi nümayiş etdiririk" - deyə, Anand bildirib.

90 milyon dollar dəyərindəki yeni hərbi yardım paketi Ukraynanın müraciətinə cavab olaraq göndərilib. Zirehli maşınlar Kanadanın "Roshel" şirkətindən alınacaq.

Ukraynanın müdafiə naziri Reznikov 2022-ci ilin fevralından bəri Ukraynaya ayrılan bir milyard dollardan çox hərbi yardıma görə Kanadaya təşəkkür edib. Buraya döyüş sursatları ilə birlikdə NASAMS raket sistemi, 39 zirehli döyüş maşını, tank əleyhinə silahlar, M777 haubitsaları və döyüş sursatları daxildir.

"Senator" zirehli maşınları yüksək manevr qabiliyyətinə malik və asan uyğunlaşa bilən təhlükəsizlik vasitələridir. Silahların asanlıqla yerləşdirildiyi maşınlar ən müasir, ən yüksək texnologiya ilə təchiz olunub. Onlarla heyətin və avadanlıqların təhlükəsiz daşınması, həmçinin tibbi evakuasiya mümkündür.

BBC-nin Rusiya xidmətinin bildirdiyinə görə, Latviya da Ukraynaya "Stinger" zenit-raket kompleksləri, vertolyotlar, pulemyotlar və pilotsuz uçuş aparatlarını təhvil verməyə hazır olduğunu təsdiqləyib.

Polşanın baş naziri Mateuş Moraviski deyib ki, ölkə Berlinin razılığını alan kimi Ukraynaya Almaniya istehsalı olan 14 "Leopard" tankı göndərəcək.

XS
SM
MD
LG