Accessibility links

Rusiyanın blokadasına baxmayaraq, Ukraynanı tərk edən yük gəmisi Türkiyə sularına çatıb


Moskvanın blokadasına və Rusiyanın Türkiyəyə məxsus gəmini atəşə tutmasına baxmayaraq, Ukraynadan gələn mülki yük gəmisi cümə axşamı İstanbula çatıb.

Çərşənbə günü Odesa limanını tərk edən Honq-Konq bayrağı altında üzən "Jozef Schulte" gəmisi Ukraynanın Qara dənizə çıxışını bağlamaq üçün Rusiyanın yeni təklifinə birbaşa etiraz edən ilk gəmi olub.

Dəniz nəqliyyat saytları beynəlxalq sulardan yayınaraq, NATO üzvləri Rumıniya və Bolqarıstanın nəzarətində olan qərb marşrutu ilə hərəkət edən gəminin İstanbuldakı son təyinat yerinə yaxınlaşdığını göstərib.

Ukrayna prezidenti Volodimir Zelenski gəminin keçən ay Rusiyanın Qara dəniz taxıl ixracına dair müqaviləsindən çıxmasından sonra Kyivin yaratdığı “yeni humanitar dəhlizdən” istifadə etdiyini bildirib.

“Joseph Schulte”nin missiyası Rusiya Hərbi Dəniz Donanmasının Türkiyəyə məxsus, lakin Palau bayrağı altında Ukraynanın İzmail limanına üzən gəmiyə xəbərdarlıq atəşi açmasından bir neçə gün sonraya təsadüf edir.

Rusiyanın hücumu NATO üzvü olan Türkiyəyə müharibədə rəsmi neytral xəttini sərtləşdirməsi üçün böyük təzyiq göstərir.

Türkiyə prezident nümayəndəliyi cümə axşamı dörd günlük sükutu pozaraq, Moskvaya dənizdəki gərginlikdən qaçmaq zərurəti ilə bağlı "xəbərdarlıq etdiyini" bəyan edib.

Lakin Türkiyə bəyanatında vurğulanıb ki, qlobal gəmiçilik şirkətləri tərəfindən tez-tez "əlverişli bayraq" kimi istifadə edilən Sakit Okean arxipelaqı Palau rəsmi şikayət verməlidir.

Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş taxıl sazişindən çıxdıqdan sonra Ukraynanın gəmiçilik infrastrukturuna hücumlarını artırıb.

Ukraynanın Rusiyanın dənizə çıxışla bağlı qərarına qarşı addımı bütün dünyanın diqqətini payız məhsulu zamanı taxıl ixracı marşrutlarını təmin etmək yollarına yönəldib.

Ukrayna və Rusiya taxıl və bitki yağının əsas ixracatçılarıdır.

Keçən ilki taxıl müqaviləsi dünya ərzaq qiymətlərinin aşağı düşməsinə yardım edib və Ukraynanı müharibədə mübarizə aparmaq üçün mühüm gəlir mənbəyi ilə təmin edib.

Ukrayna hazırda taxılını daşımaq üçün Dunay çayından istifadə edir.

Forum

XS
SM
MD
LG