Accessibility links

Rusiyanın hücumları mədəniyyət ocaqlarına və taxıl anbarlarına zərər vurur


Rusiyanın bombardmanları Ukraynanın mədəniyyət obyektlərinə, eləcə də Kyivin yoxsul ölkələrə daşıdığı taxıl tədarükünə ciddi ziyan vurub.

Artan xətt üzrə dəyən ziyanın miqdarı çərşənbə günü BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı bir-birinin ardlnca təşkil olunan iclaslarında müzakirə olunub.

BMT-nin mədəniyyət üzrə təşkilatı UNESCO-nun məlumatına görə, 2022-ci ilin fevralında başlayan müharibədən bəri 117 dini obyekt olmaqla, Ukraynanın ən azı 274 mədəniyyət obyekti zədələnib.

BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad brifinq zamanı "dini obyektlər müharibə yeri deyil, ibadət yeri olmalıdır" deyib.

Rusiyanın BMT-dəki daimi səfirinin müavini Dmitri Polyanski isə deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski hökuməti Ukraynada pravoslavlığı məhv etmək üçün "kampaniya" aparır.

O, Rusiyanın Ukraynanın cənubundakı Odessa şəhərində YUNESKO-nun Ümumdünya İrsi Siyahısı-na daxil edilmiş Transfiqurasiya kilsəsinə bazar günü edilən raket zərbəsi endirməsi ittihamını rədd edib və bunun Ukraynanın günahı olduğunu iddia edib.

"Əgər Rusiya raketi həqiqətən də Zelenski rejiminin iddia etdiyi kimi kilsəyə atsaydı, o zaman kilsədən ümumiyyətlə heç nə qalmazdı. Lakin o, zədəlınib, tam məhv olmayıb," Polyanski Təhlükəsizlik Şurasında bildirib.

XS
SM
MD
LG