Accessibility links

Ukrayna liderləri əsirin başının kəsilməsini pisləyib


Çərşənbə günü Ukrayna rəsmiləri Ukrayna əsgərlərinin geyiminin simvolu ilə hərbi formadakı bir şəxsin başının kəsildiyini əks etdirən videonun sosial şəbəkələrdə yayılmasından sonra Rusiyanı qınayıb.

Xəbər agentlikləri videonun həqiqiliyini hələ yoxlaya bilməyib.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü yayımladığı video-müraciətdə "Dünyada heç kimin biganə qala bilməyəcəyi bir şey var: bu heyvanlar nə qədər asanlıqla adam öldürür" deyib.

Zelenski deyib ki, videoda "ukraynalı əsirin edamı" göstərilib və "hamı buna reaksiya verməlidir".

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü jurnalistlərə videonun dəhşətli və onun həqiqiliyinin yoxlanılmalı olduğunu bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsini yenidən tənqid edib və deyib ki, Rusiya "Ukraynadan və BMT-dən qovulmalı, cinayətlərinə görə cavab verməlidir".

Hindistanın çərşənbə günü bildirdiyinə görə, dərman və tibbi avadanlıqlar olmaqla, Ukraynanın ondan humanitar yardım istəyib.

Hindistanın Xarici İşlər Nazirliyi bu tələbin Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparovanın Hindistana səfəri zamanı Hindistanın baş naziri Narendra Modiyə göndərdiyi məktubla edildiyini bildirib.

Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, Caparova danışıqlar zamanı Ukraynanın infrastrukturunun yenidən qurulmasının Hindistan şirkətləri üçün bir fürsət ola biləcəyini də qeyd edib.

XS
SM
MD
LG