Accessibility links

Rusiya Donbasa nəzarəti ələ keçirmək üçün daha çox hava zərbələri endirib


Rusiya prezidenti Vladimir Putin Rusiyanın hələ də ciddi şəkildə kampaniyaya başlamadığına dair xəbərdarlığı fonunda Ukraynanın şərqindəki Donbas bölgəsinə nəzarəti ələ keçirmək üçün daha çox hava zərbələri endirib.

Bölgə rəsmilərinin iyulun 7-də bildirdiyinə görə, Xarkiv vilayətində hava zərbələrindən 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Xarkiv sakinlərindən mümkün qədər diqqətli olmalarını xahiş edirik. Təcili ehtiyac olmadan şəhərin küçələrində qalmayın. Düşmən yaşayış məntəqələrinə və mülki infrastruktura məkrli şəkildə ziyan vurur" - deyə, region üzrə komandir Oleh Sinehubov Telegram-da bildirib.

Donetsk hərbi administrasiyasının rəhbəri Pavlo Kirilenko bildirib ki, Rusiya hücumları sənaye şəhəri Kramatorsk və Avdiyevkada mülki əraziləri hədəf alıb, nəticədə iki nəfər ölüb, 8 nəfər yaralanıb.

Kirilenko Kramatorska zərbə endirməzdən əvvəl son 24 saat ərzində Rusiyanın bombardmanlarının azı 7 nəfəri öldürdüyünü bildirib.

Donetskdə Rusiyanın dəstəklədiyi separatçılar Ukraynanın atəşi nəticəsində 1 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını bildirib. İddiaları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Moskva Luhansk vilayətinə nəzarəti ələ keçirdikdən sonra hücumlarını Kramatorsk və Slovyanska yönəldib.

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 7-də gecə saatlarında etdiyi video-müraciətində Xarkiv, Kramatorsk və Donbasın digər şəhərlərinə edilən hücumları qeyd edib və Ukraynanın tərəfdaşlarının onun müdafiə ehtiyacları barədə dəqiq məlumata malik olduqlarını bildirib.

“Hazırda Ukraynaya müdafiə yardımı nə qədər çox olarsa, müharibə bizim qələbəmizlə bir o qədər tez bitər və bütün dünya ölkələrinin itkiləri, Rusiyanın demokratik cəmiyyətlərə təzyiqi bir o qədər az olar” - deyə, Zelenski bildirib.

XS
SM
MD
LG