Accessibility links

Rusiya Yeni İl gecəsi Donetsk şəhəri yaxınlığında 63 əsgərinin öldüyünü etiraf edib


Rusiya Ukrayna ordusunun Rusiyanın işğal etdiyi Donetsk şəhəri yaxınlığındakı müvəqqəti kazarmalara endirdiyi raket zərbələrinin 63 əsgərinin ölməsinə səbəb olduğunu etiraf edib.

Yanvarın 2-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, "yüksək partlayıcı başlıqlı dörd raketin müvəqqəti yerləşdirmə məntəqəsinə endirilməsi nəticəsində Rusiyanın 63 hərbçisi həlak olub".

"Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına lazımi yardım və dəstək göstəriləcək" - deyə, nazirlikdən bildirilib.

Rusiya Ukraynaya 2022-ci il fevralın 24-də başlayan genişmiqyaslı işğalı zamanı itkilərini nadir hallarda etiraf edir.

Bir neçə saat əvvəl Ukrayna hərbçiləri hücumun özü tərəfindən edildiyini bildirmədən, bu yaxınlarda səfərbər edilmiş yüzlərlə rus hərbçisinin Yeni İl günü Donetsk ətrafındakı müvəqqəti kazarmalarda öldüyünü bəyan edib.

Belə bir itki miqyası təsdiq olunarsa, bu, 10 ay əvvəl genişmiqyaslı işğala başladığı vaxtdan bəri Rusiya üçün ən insidentlərdən biri olar.

Rusiyanın bəzi qruplarının fikrincə atəş Ukraynanın yüksək dəqiqlikli HIMARS raketi ilə edilib.

Ukrayna ordusunun Strateji Kommunikasiyalar çöbəsi yanvarın 1-də Telegram kanalında bildirib ki, Makiyivka şəhərindəki PTU-19 peşə məktəbinə "Şaxta baba"nın hücumu "təxminən 400 cəsəd"lə nəticələnib.

Ukrayna ordusu eləcə də Makiyivkada düşmənin 300 əsgərinin yaralandığını bildirib.

Ukrayna ordusunun bəyanatında bildirilib ki, partlayış "istilik cihazları ilə ehtiyatsız davranma", təhlükəsizlik tədbirlərinə laqeyd yanaşma və müəyyən edilməmiş yerdə siqaret çəkmək nəticəsində baş verib".

Rusiyanın qeyri-rəsmi "Beznosov Z" Telegram kanalı yanvarın 1-də "zərbə bizim vaxtla saat 00:01-də endirilib" yazıb və qoşunların sözügedən obyektdə yerləşdirilməsinə qərar verən rus hərbi komandirlərinin "cəzalandırılacağına" ümid etdiyini bildirib.

Rusiyanın hərbi "Tsarqrad" kanalı "yüzlərlə" ölünün olduğunu, qeyri-rəsmi "Operativ Hesabatlar" kanalı isə 500 əsgərin öldüyünü bildirib.

XS
SM
MD
LG