Accessibility links

Rusiya Ukraynanın Donetsk vilayətindəki hücumunun qarşısını aldığını deyir


Rusiyanın bazar ertəsi bildirdiyinə görə, onun qüvvələri cənubdakı Donetsk vilayətində Ukraynanın genişmiqyaslı hücumunu dəf edib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna tərəfin məqsədi cəbhə xətti boyunca ən zəif ərazi hesab etdiyi ərazini yarmağa çalışmaq olub və bu, "uğurlu nəticə verməyib".

Rusiyanın dediyinə görə, Ukraynanın hücumuna altı mexanikləşdirilmiş batalyon və iki tank batalyonu daxil idi.

Donetsk Rusiya tərəfindən işğal olunmuş ərazilərdən biridir. Prezident Vladimir Putin keçən il həmin bölgəni ilhaq etdiyini iddia etsə də, bu, beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib.

Ukraynanın bu hücumunun keçən ilin əvvəlində genişmiqyaslı işğala başladıqdan sonra Rusiyanın ələ keçirdiyi əraziləri geri almaq üçün uzun müddətdir planlaşdırılan əks-hücum əməliyyatının bir hissəsi olub-olmadığı bəlli deyil.

Ukrayna ordusu gündəlik hesabatı zamanı Donetsk və Luhansk vilayətlərində 29 toqquşmanın olduğunu bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü axşam saatlarında Dnepr vilayətində 2 yaşlı qız da daxil olmaqla, 2014-cü ildən bəri "Rusiya təcavüzü nəticəsində" həlak olan uşaqların xatirəsini bazar günü gecə müraciətində anıb.

"Bu gün ölkəmizdə 2014-cü ildən bəri Rusiyanın təcavüzü nəticəsində həlak olan uşaqların anım günüdür. Kremldə bir dəstə quldur özünü xalqların taleyini həll etmək hüququna sahib hesab etməsəydi, uşaqlar sağ qalacaq" - deyə Zelenski bildirib.

Zelenski qeyd edib ki, Rusiyanın hücumları nəticəsində 485 uşaq həyatını itirib. O, Rusiyaya deportasiya edilmiş və hələ də "düşmənin əlində" 19,505 ukraynalı uşağın olduğunu əlavə edib.

Birləşmiş Millətlər Təşkilatı daha 1,000-ə yaxın ukraynalı uşağın yaralandığını bildirib.

XS
SM
MD
LG