Accessibility links

Son hücumlar zamanı Ukrayna Rusiyanın 2 pilotsuz təyyarəsini vurub


Ukrayna ordusu bazar ertəsi gecə hücumları zamanı Rusiyanın üç pilotsuz təyyarəsindən ikisini məhv etdiyini bildirib.

Hesabatda dronların harada vurulduğu və ya üçüncü pilotsuz uçuş aparatının hər hansı zərər verib-vermədiyi barədə heç bir məlumat verilməyib.

Rusiya Müdafiə Nazirliy Ukrayna ilə həmsərhəd Belqorod vilayətində Ykraynaya məxsus iki pilotsuz təyyarə hücumunun qarşısını aldığını bildirib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov vurulan iki pilotsuz təyyarə parçalarının düşməsi nəticəsində bir evə və elektrik xəttinə ziyan dəydiyini bildirib.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak bazar ertəsi deyib ki, müharibə güclənməkdə davam edir, Rusiya işğalı üçün resurslar ayırır və belə bir müharibə yalnız hərbi həll oluna bilər.

Podolyak müttəfiqlərini Ukrayna ordusuna Rusiyanın arsenalına uyğun daha çox silahla yardım etməyə çağırıb.

Podolyak sosial şəbəkədə "Nə olursa olsun, hərbi istehsalı kəskin şəkildə genişləndirmək və Ukraynanı çox sayda xüsusi silahla təmin etmək gərək olacaq. Bu nə qədər tez olarsa, bir o qədər təsirli və yaxşı görünəcək" yazıb.

Forum

XS
SM
MD
LG