Accessibility links

Rusiya Ukraynanın pilotsuz təyyarələrinin hücumları barədə məlumat verib


Rusiya rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın iki regionu, həmçinin Qara dəniz və Rusiyanın işğal etdiyi Krım yarımadası üzərində Ukraynanın pilotsuz təyyarələrini vurub.

Rusiya Müdafiə Nazirliyi Telegram kanalında Ukraynanın iki pilotsuz təyyarəsini Kursk vilayəti, daha ikisini isə Bryansk vilayəti üzərində ələ keçirdiyini bildirib. Hər iki bölgə Ukrayna ilə həmsərhəddir.

Kursk vilayətinin qubernatoru Roman Starovoyt bir neçə ev və inzibati binaya ziyan dəydiyini, lakin tələfat barədə məlumat olmadığını bildirib.

Rusiya Müdafiə Nazirliyi həmçinin Krım və Qara dənizin şimal-qərb hissəsi üzərində 4 dronu da məhv etdiyini bildirib.

Ukrayna hərbi qüvvələri bazar ertəsi bildirib ki, Rusiya keçən gecə ərzində onun bölgələrinə 19 dron, 12 qanadlı raket və iki gəmi əleyhinə raketlə hücum edib.

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan 19 "Şahed" pilotsuz təyyarəsinin hamısını, eləcə də 11 qanadlı raketi vurduğunu bildirib.

Hücumun hədəf olduğu yerlərdən birinin Ukraynanın cənubundakı Odesa bölgəsinin olduğu bildirilir.

Ukraynanın cənubundakı müdafiə qüvvələrinin məlumatına görə, Odesa vilayətinə hücumlar "Şahed-136/131" tipli 19 pilotsuz təyyarə, səsdən sürətli 2 "Oniks" raketi və müxtəlif trayektoriyaya malik 12 "Kalibr" raketləri ilə edilib.

Forum

XS
SM
MD
LG