Accessibility links

Ukrayna son hücumlar zamanı Rusiyanın 23 pilotsuz təyyarəsini vurduğunu bildirib


Ukraynanın cümə axşamı bildirdiyinə görə, keçən gecə Rusiyanın demək olar ki, bütün hava hücumlarının qarşısını alıb. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın 5 raketini və 23 pilotsuz təyyarəsini vurduğunu bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiya qüvvələrinin Ukraynaya ümumilikdə 6 raket atdığını bildirsə də, hücumların hədəfləri barədə məlumat verməyib.

Region rəsmilərinin məlumatlarında Rusiyanın raket və pilotsuz təyyarələrnini Ukraynanın cənubuna yönəltdiyi göstərilir.

Mikolayiv vilayətinin qubernatoru Vitali Kim Telegram kanalında Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin 6 pilotsuz uçuş aparatı və 3 qanadlı raketi vurduğunu bildirib.

Qubernator Oleksandr Prokudinin Telegram kanalında bildirdiyinə görə, Ukrayna qüvvələri Xerson üzərində 2 pilotsuz təyyarə vurub.

Hava Hücumundan Müdafiə Qüvvələri Dnepropetrovsk vilayəti üzərində daha bir pilotsuz uçuş aparatını vurub.

Rusiya Müdafiə Nazirliyi hərbi qüvvələrinin Moskvanın şimal-qərbindəki Tver vilayəti üzərində Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatı, o cümlədən Moskva vilayəti üzərində 2, Belqorod üzərində isə daha bir pilotsuz təyyarəni məhv etdiyini bildirib.

Ukrayna Rusiya-Ukrayna sərhədi boyunca yerləşən Belqorodu tez-tez hədəf alır, Moskva və Tver kimi bölgələrə isə hücumlar daha nadir hallarda baş verir.

Forum

XS
SM
MD
LG