Accessibility links

Rusiyanın pilotsuz təyyarələri və artilleriyası Ukraynanın mərkəzini hədəf alıb


Rəsmilər Moskvanın Kyivi Rusiya ərazisindəki aerodromlara zərbələr endirməkdə ittiham etdikdən bir gün sonra, dekabrın 7-də şərqdə şiddətli döyüşlərin davam etdiyini və Rusiya qüvvələrinin Ukraynanın bir neçə bölgəsinə kamikadze dronları və ağır artilleriya ilə hücum etdiyini, nəticədə iki nəfərin həlak olduğunu bildirib.

Dekabrın 7-də vilayət hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib ki, rus qoşunları keçən gün Xerson bölgəsini 51 dəfə atəşə tutub, nəticədə iki nəfər ölüb.

Dnepropetrovsk qubernatoru Valentin Rezniçenkonun bildirdiyinə görə, gecə hücumu zamanı Rusiyanın bütün pilotsuz uçuş aparatları Ukrayna qüvvələri tərəfindən məhv edilib.

"Şərq hərbi hava komandanlığının hərbçiləri böyük iş görüb. Biz düşmənin əraziyə yönəltdiyi səkkiz pilotsuz təyyarənin hamısını vurduq" , Rezniçenko Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Rusiyanın Nikopol rayonunu və şəhərini atəşə tutması nəticəsində qaz kəmərlərinə, evlərə və təsərrüfat binalarına ziyan dəyib, lakin xəsarət alan olmayıb.

"Ən çox Nikopola ziyan dəyib. Şəhərdə onlarla fərdi yaşayış evi, təsərrüfat binaları, qaz kəmərləri zədələnib. Bir neçə mağaza, inzibati bina və kollec Rusiya mərmiləri ilə dağıdılıb" - deyə, Rezniçenko bildirib.

Dekabrın 7-də vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux bildirib ki, Zaporijye vilayətində də iki yaşayış məntəqəsi Rusiya qoşunları tərəfindən atəşə tutulub.

"Kəndlərin birində iki ev uçub, daha səkkiz evə zərər dəyib. 15 yaşlı qız da daxil olmaqla, üç yaralı haqqında məlumatımız var" , Starux bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Dağıstanda matəm elan edilib
please wait

No media source currently available

0:00 0:11:26 0:00
XS
SM
MD
LG