Accessibility links

Ukraynanın şərqində şiddətli döyüşlər davam edir


Ukrayna Baş Qərargahlar İdarəsinin bildirdiyinə görə, Ukrayna qüvvələri ölkənin şərinqdə Rusiyanın yeni hücumlarını dəf edib. Moskvanın son raket zərbələrindən sonra texniki işçilər elektrik enerjisini bərpa etməyə çalışır.

Baş Qərargahlar İdarəsi dekabrın 6-da Rusiya qoşunlarının Donetsk vilayətinin Baxmut və Avdiyivka bölgələrində davamlı hücumlarını davam etdirdiyini bildirib və əlavə edib ki, Solidar, Verxnekamyansk, Andriyevka, və Yakovlyivka da daxil olmaqla, bölgədəki 20-yə yaxın yaşayış məntəqəsi tank və artilleriya atəşinə məruz qalıb.

Ukrayna rəsmiləri kritik enerji infrastrukturunun Rusiyanın növbəti zərbələri nəticəsində təhdid altında olduğu və bir neçə regionda yenidən elektrikin kəsiləcəyi barədə xəbərdarlıq edib.

Ukrayna prezidenti Volodimir Zelenski gecə etdiyi çıxışında Rusiyanın raket zərbələri nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb. Lakin dekabrın 5-də o, "bizim xalqımız heç vaxt təslim olmayacaq" deyib.

Kyiv vilayətinin qubernatoru Rusiyanın vilayətin enerji obyektlərinə endirdiyi raket zərbələrindən sonra Ukrayna paytaxtının təxminən yarısının yaxın günlərdə işıqsız qalacağını bildirib.

Təxminən 3 milyon əhalisi olan Kyivdə ciddi dağıntılar olmasa da, lakin paytaxtın daxil olmadığı və müharibədən əvvəl təxminən 1,8 milyon əhalisi olan Kyiv vilayəti ağır zərbə alıb.

Qubernator Oleksiy Kuleba dekabrın 5-də Telegram kanalında yazıb: "Yaxın günlərdə bölgənin təxminən yarısı işıqsız qalacaq."

"Ukrenerho" elektrik şəbəkəsi operatorunun rəhbəri Volodimir Kudritski deyib ki, Moskva hücumlara qəsdən olaraq, temperaturun sıfırdan aşağı düşdüyü zaman başlayıb.

"Sistemin normal bərpası üçün bir-iki gün lazımdır" deyib Kudritski Ukrayna televiziyasına.

Digər bölgələrə də ziyan dəyib. Belə ki, Odessa bölgəsindəki bütün su nasos stansiyaları və elektrik enerjisinin ehtiyat xətləri dağıdılıb, su təchizatı kəsilib.

Ukraynanın şərqindəki Kramatorsk şəhəri merinin bildirdiyinə görə, şəhərdə elektrik enerjisinin kəsilməsi səbəbindən 370 yaşayış binası istiliksiz qalıb.

Rusiyanın Ukrayna ilə sərhədindəki Kursk vilayətinin qubernatoru Roman Starovoyt vilayətindəki bir aerodromun "dron hücumu"na məruz qaldığını bildirib. Lakin o, pilotsuz təyyarənin haradan gəldiyini açıqlamayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG