Accessibility links

Aİ Ukraynada "heyrət doğuran dağıntınlar" fonunda ölkənin yenidən bərpasını dəstəkləməyə çağırır


Avropa Komissiyasının prezidenti Ursula Fon Der Leyen Rusiya qüvvələrinin Ukraynada mülki infrastrukturu məqsədyönlü şəkildə hədəf aldığını vaxt ölkənin "tez bir zamanda reabilitasiyası" üçün dəstəyə çağırıb.

Berlində Ukraynanın bərpası və yenidən qurulmasını müzakirə etmək üçün təşkil edilən konfransda çıxış edən Von Der Leyen deyib ki, Rusiya açıq şəkildə qış yaxınlaşdıqca ukraynalıları su, istilik və elektrik enerjisi xidmətlərindən kəsməyi planlaşdırır. Onun sözlərinə görə, Rusiyanın bu cür hücumları "açıq şəkildə terror aktlarıdır".

Von der Leyen Rusiyanın işğalından səkkiz ay sonra Ukraynada baş verən dağıntıların miqyasını "heyrətləndirici" adlandırıb.

"Bu günlər ukraynalılar üçün ağır, qorxulu və ağrılı günlərdir. Lakin ukraynalılar bizə onların gələcəyə ümidləri və inamları olduğunu və bunun üçün mübarizəni davam etdirəcəklərini göstərir. Bizi bu gün buraya gətirən də onların gələcəyidir" deyib Von Der Leyen.

Konfransda milli hökumətlərin, elmi müəssisələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Avropa İttifaqı yığıncaqda Ukraynanın ehtiyaclarının prioritetləşdirilməsi və layihələrin maliyyələşdirilməsi üçün variantların müzakirə ediləcəyini bildirib.

Heç bir maliyyə və ya siyasi razılaşmaların olacağı gözlənilmir.

Ukrayna Prezidenti Volodimir Zelenski konfrans iştirakçıları qarşısında çıxış edib.

Ukrayna hökuməti Avropa Komissiyası və Dünya Bankı birlikdə sentyabr hesabatında Rusiyanın işğalından sonra ölkənin bərpasının 350 milyard dollara başa gələ biləcəyi qənaitinə gəlib.

Bazar ertəsi Dünya Bankı Britaniyanın kredit zəmanəti ilə əsas xidmətlərə yardım üçün Ukrayna hökumətinə 500 milyon dollar ayırıb.

"Rusiyanın işğalı qış yaxınlaşdığı bir zaman su, kanalizasiya və elektrik şəbəkələri də daxil olmaqla, Ukraynanın infrastrukturunu kütləvi şəkildə dağıntılara səbəb olmaqda davam edərək, Ukrayna xalqını daha da təhlükə altına alır" - deyə, Dünya Bankı Qrupunun prezidenti David Malpass açıqlamasında bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Antoni Blinken hər iki tərəfin vediyi bəyanatlara əsasən, bazar ertəsi Ukraynanın hərbi yardıma olan ehtiyaclarının qarşılanması barədə danışıb.

XS
SM
MD
LG