Accessibility links

Sonu görünməyən Ukrayna müharibəsinin Avropa İttifaqına təsirləri


Sonu görünməyən Ukrayna müharibəsinin Avropa İttifaqına təsirləri
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Sonu görünməyən Ukrayna müharibəsinin Avropa İttifaqına təsirləri

Rusiyanın Ukraynanı işğalından sonra onilliklər ərzində ilk dəfə müharibə Avropa Birliyinin astanasındadır. İndiyə qədər münaqişə 27 üzvlü blokun vahid reaksiyasına səbəb olub. Bəs döyüşlər davam etdikcə, Avropa İttifaqını enerji böhranına və tənəzzülə sürüklədikcə bu, belə davam edəcəkmi?

Çox qaranlıq bir ildən sonra bu bayram mövsümündə az da olsa sevinc var. Lakin Ukraynadakı müharibə Paris və digər Avropa paytaxtlarında bir çox vətəndaşlar üçün çətinlikləri daha da artırıb.

Yalnız adının deyilməsini istəyən Zöhrə Fransa paytaxtında “Qurtuluş Ordusu” təşkilatının ofisinə pulsuz yemək almaq üçün gəlib. O, səhhətinə görə tibb klinikasında işini itirib. "Bu il çox çətin oldu, hər şeyin qiyməti qalxır – kirayə, işıq, qaz, telefon. İnsanlar belə yaşaya bilməz".

Müharibəyə görə Avropa İttifaqının Moskvaya qarşı səkkiz dəfə tətbiq etdiyi sanksiyalar ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olub və bloku ucuz Rusiya enerjisindən məhrum edib. Brüssel bunun Avropanın qətiyyətini daha da gücləndirdiyini deyir. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen: "Ukrayna (Rusiya Prezidenti Vladimir) Putinə, onun qanunsuz və vəhşi müharibəsinə qalib gəlməyincə, biz rahat olmayacağıq."

Almaniyanın Marşal Fondundan İan Lesser: "İndiyə qədər Avropa İttifaqı üzləşdiyi vəziyyətə kifayət qədər tez və bacarıqlı şəkildə cavab verib və bu, həqiqətən görünməmiş bir iş olub."

Avropa İttifaqı Ukraynaya milyardlarla dollarlıq hərbi və humanitar yardım göndərib və milyonlarla ukraynalı qaçqını qəbul edib. Ancaq qış fəslində Ukraynanı dəstəkləməyin və Avropa dəyərlərinə qoruyub saxlamağın bədəli də artır.

Ekspertlər Avropa İttifaqının tənəzzülə uğraya biləcəyini deyir. Xeyriyyə təşkilatları daha çox və daha yeni həssas insanlara yardım etdiklərini bildirir. Samuel Koppens: "Bizi həqiqətən ayın sonuna çatmaqda çətinlik çəkən çox sayda gəncləri, tələbələri görmək sarsıdır. Həmçinin, tək valideynlər və az pensiyası olan yaşlı insanlar."

Avropa İttifaqı qışa Rusiyadan olmayan qaz ehtiyatı toplayıb, yeni təchizatçılar və bəzən çirkləndirici kömürdən istifadə etməklə hazırlaşıb. Lakin bəzi ölkələr hələ də elektrikin kəsilməsi ilə üzləşir. Buraya nüvə reaktorlarının yarısı təmir üçün bağlanan Fransa da daxildir.

Avropada insanlar evlərində temperaturları daha aşağı səviyyədə saxlayır. Bayram hədiyyəsi olaraq enerjiyə qənaət edən lampalar alınır. İşıqlar şəhəri Paris bu il o qədər də parlaq deyil. Po universitetindən Terri Bros: "Enerjimizin daha az olması, daha az varlanmağımız, iqtisadiyyatın tənəzzülə uğraması faktı Ukraynadan yorulmağımıza səbəb ola bilər".

Avropa Birliyində artıq bir neçə çatlaq var və Ukraynadakı müharibənin sonu görünmür. Avropa İttifaqının bundan güclü çıxıb-çıxmayacağı böyük sual olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG