Accessibility links

Ukrayna ilə Rusiya arasında hərbi əsir mübadiləsi olub, hər iki tərəfdən 200-dən çox hərbçi vətəninə qayıdıb


UKRAINE-CRISIS/RUSSIA-PRISONERS-KYIV
UKRAINE-CRISIS/RUSSIA-PRISONERS-KYIV

Rusiya Müdafiə Nazirliyi 248 rusiyalı hərbçinin Ukrayna əsirliyindən geri qaytarıldığını bildirib. Volodimir Zelenskinin dediyinə görə, əsir götürülən 230 ukraynalı hərbçi Rusiyadan Ukraynaya qaytarılıb. Bu, keçən ilin avqustundan bəri müharibə edən ölkələr arasında ilk və ən böyük hərbi əsir mübadiləsi olub.

Rusiya hərbi idarəsi qeyd edib ki, rusiyalı hərbi əsirlərin qaytarılması Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi sayəsində mümkün olub.

Nazirliyin məlumatında "azad edilmiş bütün rusiyalı hərbi qulluqçulara lazımi tibbi və psixoloji yardım göstərilir. Hərbçiləri Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri daşıyacaq" deyilib.

Zelenski də öz növbəsində azad edilən ukraynalı hərbçilər arasında Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Hərbi Dəniz Qüvvələrinin və sərhəd xidmətinin əsgər, çavuş və zabitlərinin olduğunu bildirib. "Müdafiəçilərin bir hissəsi Mariupol və "Azovstal"ı müdafiə edib", Ukrayna prezidenti qeyd edib.

Ali Radanın insan haqları üzrə müvəkkili Dmitri Lubintsin sözlərinə görə, bu, ardıcıl 49-cu mübadilə olub və ümumilikdə 2828 Ukrayna hərbçisi Rusiya əsirliyindən geri qaytarılıb.

Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı geri qayıdan ukraynalı məhbuslar arasında 225 kişi və 5 qadının olduğunu müəyyən edib. Rusiya hərbçilərdən əlavə 6 mülki vətəndaşı da Ukraynaya təhvil verib.

Bundan əvvəl Ukrayna ilə Rusiya arasında hərbi əsir mübadiləsi 2023-cü il avqustun əvvəlində olub. O zaman 22 Ukrayna əsgəri vətənə qayıdıb.

Forum

XS
SM
MD
LG