Accessibility links

Ukrayna: Rusiya bir gecədə 12 dron, dörd raket atıb


Boyarka, Ukrayna. 29 mart, 2024.
Boyarka, Ukrayna. 29 mart, 2024.

Ukrayna hava qüvvələri martın 30-da bildirib ki, Rusiya qüvvələri gecə Ukraynanın şərqinə dörd raket, ölkənin başqa ərazilərinə isə 12 Şahed dronu atıb.

Hava qüvvələri bildirib ki, dronlardan doqquzu Dnipropetrovsk, Xerson, Odesa və Poltava bölgələrində Ukrayna tərəfindən vurulub. Tələfatlar barədə dərhal məlumat verilməyib.

Rusiya son həftədə Ukraynanın enerji sektorunu hədəf alan hava hücumu kampaniyasına başlayaraq, 190 raket, 140 Şahed dronu və 700 təyyarə əleyhinə raket atıb. Ukrayna Prezidenti Volodimir Zelenski bunu “Rusiyanın hava terrorunda kəskin artım” adlandırıb.

Rusiya qüvvələri həmçinin “aktiv şəkildə” cəbhə xətində “irəliləməyə” çalışırlar. Belə ki, Ukrayna ordusu gündəlik bülletenində bildirib ki, son bir gündə şərqdə yerləşən Donetsk və Luhansk vilayətlərində 72 döyüş qeydə alınıb.

Ukrayna qüvvələri Donetsk bölgəsində Avdiyivka, Baxmut və Liman şəhərləri, Luhansk bölgəsində isə Bilohorivka şəhəri yaxınlığında Rusiyanın ən azı 40 hücumunun qarşısını alıb.

“Ukrayna müdafiəçiləri Limanda… və düşmən – aviasiyanın dəstəyi ilə - qoşunlarımızın müdafiəsindən keçməyə çalışdığı Bilohorivkada 16 hücumu dəf edib,” ordu bildirib.

Ukrayna son bir neçə ayda ABŞ-dan 60 milyard dollarlıq yardım paketinin gecikdirilməsi fonunda sursat çatışmazlığı ilə mübarizə apardığı bir vaxtda cəbhə xəttində müdafiə vəziyyətinə keçmək məcburiyyətində qalıb.

Zelenski cümə günü The Washington Post qəzetində dərc olunan müsahibəsində xəbərdarlıq edib ki, Kyiv Konqresdə siyasi mübahisələr səbəbilə ilişib qalan ABŞ-ın hərbi yardımını almasa, Ukrayna qüvvələri “addım-addım, kiçik addımlarla” geri çəkilməli olacaq.

“ABŞ-ın dəstəyi olmasa, bu o deməkdir ki, bizdə hava hücumdan müdafiə, Patriot raketləri, elektron müharibə üçün siqnal kəsiciləri, 155 milimetrlik artilleriya sursatları olmayacaq,” Zelenski deyib və əlavə edib ki, ölkəsi “geri çəkilməmək üçün yollar axtarmağa çalışır.”

Forum

XS
SM
MD
LG