Accessibility links

Yunanıstan Haaqadan Mariupolda mümkün müharibə cinayətlərinin araşdırılmasını istəyəcək


Yunanıstan Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən Ukraynanın cənubundakı Mariupol liman şəhərində mümkün hərbi cinayətlərlə bağlı təhqiqata başlamağı xahiş edəcəyini bildirib.

Bu addım Prezident Volodimir Zelenskinin cümə axşamı Yunanıstan parlamentində çıxışı zamanı təkcə Mariupolda deyil, bütün Ukraynada törədilən vəhşiliklərə görə Rusiya hərbi və siyasi rəsmilərini mühakimə etmək üçün Afinanı bütün diplomatik gücünü işə salmağa çağırışından sonra atılıb. Lakin Anthee Carassavanın bildirdiyinə görə, bu qanuni addım o qədər də asan olmaya bilər.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias hökumətin təklifini Ukraynadakı hadisələri müzakirə etmək üçün Brüsseldə toplaşan NATO həmkarları ilə görüşü zamanı açıqlayıb. O, hökumətinin hərbi cinayətlərə görə müraciətinin Mariupola hücum başlayarkən etnik yunanlara qarşı həyata keçirilən zorakılıqlarla əlaqəli olduğunu deyib.

“Orada 100,000 nəfərlik icması olduğu üçün Yunanıstanın Mariupola xüsusi marağı var. Lakin bundan başqa mən alyansdakı həmkarlarımdan Mariupolun başına gələnlərin təkrar olunmaması üçün Ukraynaya Odessanı qorumaqda yardım etmələrini xahiş edəcəyəm,” Dendias bildirib.

Bu açıqlama Mariupolun işğalı ilə etnik yunan karvanının hücuma məruz qalması və azı 10 nəfərin ölməsindən sonra Yunanıstanın Rusiya ilə ənənəvi və uzun illər davam edən münasibətlərinin pozulmasının əlamətidir.

Rusiya Ukraynada mülki əhalini hədəf aldığını inkar edib.

Ölümcül hücumdan sonra Yunanıstan 6-cı əsrdən bəri etnik yunanların məskunlaşdığı ərazilərdə növbəti hücumların qarşısını almaq üçün Kalaşnikov avtomatları və reaktiv qumbaraatanlar da daxil olmaqla, ukraynalı döyüşçülərə 40 tondan çox hərbi yardım göndərib.

Cümə axşamı Prezident Zelenski parlamentlə canlı video-konfrans zamanı uzun müddətdir mövcud olan əlaqələrə işarə edərək Yunanıstandan əlavə dəstək istəyib.

Yunan tərcüməçi vasitəsilə danışan Zelenski Ukraynanın Yunanıstanla xristian əlaqələrini vurğulayaraq, Yunanıstanın xristianlığa güclü təsiri səbəbindən ölkəsinin ona üz tutduğunu deyib. O, Ukraynanın mədəniyyət və adət-ənənələrinin çoxunun bu əlaqələrə bağlı olduğunu və oradakı yunan icmasının itirilməsinin “Ukraynanın kimliyinin itirilməsi” demək olduğunu bildirib.

XS
SM
MD
LG