Accessibility links

Rusiya ordusu Xarkiv və Krivoy Roq şəhərlərinə raket zərbələri endirib


Rusiya ordusu iyulun 31-nə keçən gecə Xarkivə yenidən hücum edib. Ukrayna hökumətinin məlumatına görə, yaralılar var. Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib.

Vilayət prokurorluğunun mətbuat katibi Dmitri Çubenko Rusiyanın Xarkivə endirdiyi zərbələrlə bağlı xəbərdarlıq edib.

"Xarkiv şəhəri və bölgə sakinlərinin nəzərinə - sığınacaqlarda qalın," Xarkiv vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov yazıb.

Xarkiv meri İqor Terekov daha sonra bildirib ki, ümumilikdə iki partlayış səsi eşidilib. İlkin məlumata görə, raketlər qeyri-yaşayış sahələrinə düşüb və yanğın başlayıb.

"Xarkivdə partlayış Novobavarski rayonu ərazisindəki ticarət müəssisələrindən birinin anbarında olub. Partlayışın mərkəzi yaxınlığında bir nəfər yaralanıb," prokurorluq bildirib.

"Suspilne" xəbər verib ki, 61 yaşlı mühafizəçi yaralanıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib. Prokurorluğun bildirdiyinə görə, şəhərə iki S-300 raketi Belqorod vilayəti ərazisindən atılıb.

Daha bir raket Kupyanski rayonunda fərdi yaşayış evinə düşüb. Ölən və yaralanan olmayıb.

Bazar ertəsi səhər rus ordusu Xersonu da atəşə tutub. Xerson Regional Hərbi Dairəsinin rəhbəri Aleksandr Prokudinin dediyinə görə, zərbələr "Qrad MLRS"dən endirilib. Bələdiyyə kommunal xidmətinin işçisi dünyasını dəyişib.

Rusiya qoşunları eləcə də bu gün Krivoy Roq şəhərinə raket zərbələri endirib. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, raketlərdən biri təhsil ocağının dördmərtəbəli binasına düşüb. Xəbər verildiyi kimi, dağıntılar altında insanlar ola bilər.

İkinci raket doqquzmərtəbəli yaşayış binasına düşüb. Binanın 4-cü mərtəbəsindən 9-cu mərtəbəsinə qədər olan blok dağılıb və yanğın baş verib.

Daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, iki nəfər ölüb. Daha sonra baş prokurorluq ölənlərin sayının 4-ə çatdığını, altısı uşaq olmaqla, 50-dən çox insanın yaralandığını bildirib.

Dnepropetrovsk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirdiyinə görə, qurbanlar deşilmiş yaralar, sınıqları və mina xəsarətləri alıb.

Yanğının söndürülməsi və dağıntıların təmizlənməsi istiqamətində işlər davam etdirilir. Daxili İşlər Nazirliyi dağıntılar altında hələ də insanların ola biləcəyini deyir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG