Accessibility links

Rusiya Ukraynaya genişmiqyaslı hücumun Bryansk vilayətində "terror hücumu"na cavab olduğunu deyib


Rusiya Müdafiə Nazirliyi 6 nəfər dinc sakinin ölümü ilə nəticələnən Ukraynaya raket hücumunun martın 2-də Bryansk vilayətində törədilən "terror hücumuna kütləvi cavab zərbəsi" olduğunu bildirib. Bu barədə ordunun bəyanatında deyilib.

Rusiya Müdafiə Nazirliyi "Ukraynanın hərbi infrastrukturunun əsas elementlərini, hərbi-sənaye kompleksi müəssisələrini, eləcə də onları təmin edən enerji obyektlərini" atəşə tutduğunu bəyan edib.

Nazirliyin məlumatına görə, "zərbələr nəticəsində Ukraynanın pilotsuz uçuş aparatlarının hücum bazaları məhv edilib, silah-sursat yararsız hala salınıb. Hücumlar silah ehtiyatlarının və xaricdən gələn silahların dəmir yolu ilə daşınmasını, hərbi texnikanın təmiri və istehsalı üzrə müəssisələrin işini dayandırıb."

Öz növbəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün Twitter səhifəsində "Rusiyanın raket hücumu üçün hərbi hədəflərin olmadığını" yazıb və Rusiya ordusu tərəfindən Ukraynanı atəşə tutulmasının "adi rus vəhşiliyi" adlandırıb.

Martın 9-na keçən gecə Rusiya ordusu Ukraynanın 9 rayonuna kütləvi raket hücumu həyata keçirib. Rusiya ordusunun dediyi kimi, onun Hərbu Hava Qüvvələri 10 ədəd "TU-95" strateji, 7 ədəd "TU-22M3" uzaqmənzilli, 8 ədəd “Su-35” qırıcısı və 6 ədəd “MiQ-31K” təyyarələri ilə atəşə tutub.

Ukrayna ordusu Rusiyanın atdığı 81 raketdən 34-nü və Rusiya qüvvələrinin istifadə etdiyi İran istehsalı 4 pilotsuz təyyarəni vurduğunu bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında "İşğalçılar yalnız dinc əhaliyə qarşı terror edə bilər. Onların edə biləcəyi yeganə şey budur. Ancaq bu, onlara kömək etməyəcək. Etdikləri hər şeyə görə məsuliyyətdən qaçmayacaqlar" yazıb.

XS
SM
MD
LG