Accessibility links

Rusiyanın Ukraynaya raket zərbələri azı 6 nəfərin ölümünə səbəb olub


Ukrayna rəsmilərinin bildirdiyinə görə, cümə axşamı Rusiyanın ölkənin bir çox bölgəsini raket hücumuna məruz qoyması azı 6 nəfərin ölümünə səbəb olub.

Ukrayna ordusu Rusiyanın atdığı 81 raketdən 34-nü və Rusiya qüvvələrinin istifadə etdiyi İran istehsalı 4 pilotsuz təyyarəni vurduğunu bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında "İşğalçılar yalnız dinc əhaliyə qarşı terror edə bilər. Onların edə biləcəyi yeganə şey budur. Ancaq bu, onlara kömək etməyəcək. Etdikləri hər şeyə görə məsuliyyətdən qaçmayacaqlar" yazıb.

Qərbdəki Lviv vilayətinin qubernatoru raketin yaşayış məntəqəsinə düşdüyünü, nəticəsində 5 nəfərin həlak olduğunu bildirib.

Dnepropetrovsk rəsmilərini dediyinə görə, Rusiyanın hücumları nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Odessa vilayətinin qubernatoru Maksim Marçenko Rusiya raketlərinin enerji infrastrukturunu vurduğu üçün elektrik enerjisində fasilələr olduğunu bildirib. Marçenko, həmçinin raket zərbələrinin yaşayış binalarına ziyan vurduğunu desə də, itkilər barədə məlumat verməyib.

Xarkivin vilayət qubernatoru Oleh Sınehubovun dediyinə görə, Rusiyanın 15 raket zərbəsi infrastruktur obyektləri də daxil olmaqla, şəhərə və ətraf bölgələri hədəf slıb.

Ukraynanın paytaxtı Kyiv də vurulub.

Cümə axşamı hücumu Zaporijye Atom Elektrik Stansiyasının elektrik təchizatını sıradan çıxarıb. Zavodun operatoru olan "Enerqoatom" zavodun işləməsi üçün dizel generatorlarından istifadə edildiyini və 10 gün davam edəcək qədər yanacaq ehtiyatının olduğunu bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Rusiyanın Ukraynanı bir ildən çoxdur şğal etməsindən sonra Zaporijye stansiyasının enerji təchizatının altıncı dəfə kəsildiyini qeyd edərək, təcili tədbirlər görülməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG