Accessibility links

Ukrayna: Ən ağır döyüşlər Xerson uğrunda olacaq


Kreml Ukraynada nəzarəti altında olan ən böyük şəhəri müdafiə etməyə hazırlaşdığı bir vaxt Rusiya qoşunları Xerson regionunda "ən ağır döyüşlər" üçün xəndəklər qazır. Bu barədə Ukrayna rəhbərliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Bölgədəki Rusiya qüvvələri son həftələr geri çəkilib və onların Dnepr çayının qərb sahilində tələyə düşmək riski var.

Rusiya tərəfindən təyin edilmiş rəsmilər sakinləri şərq sahilinə qaçmağa çağırıb. Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleksiy Arestoviç Rusiya qoşunlarının şəhəri tərk etməyə hazırlaşdığına dair heç bir əlamət olmadığını deyib.

"Xersonla bağlı hər şey aydındır. Ruslar orada öz qruplaşmalarını artırır və gücləndirir. Bu o deməkdir ki, heç kim geri çəkilməyə hazırlaşmır. Əksinə, ən ağır döyüşlər Xerson üçün olacaq" - deyə, Aretoviç çərşənbə axşamı internetdə yayımlanan videoda bildirib.

Rusiya Prezidenti Vladimir Putinin sentyabrda ilhaq edildiyini elan etdiyi dörd bölgədən biri olan Xerson ən strateji əhəmiyyətli bölgə kimi görünür.

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına yeganə quru yol oradan keçir və Dnepr çayına çıxış da orada yerləşir.

XS
SM
MD
LG