Accessibility links

Rusiya son bir sutkada Xersonu 41 dəfə atəşə tutub


Rusiya qoşunlarının Xersonun mərkəzini atəşə tutduğu zaman raketin yaşayış binasına düşməsi 20 yaşlı gəncin həlak olmasına səbəb olub. Bu barədə vilayət administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç məlumat verib.

Demək olar ki, Xerson atəşə Rusiyanın Pravoslav Kilsəsinin rəhbəri, patriarx Kirillin yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukrayna ilə "Milad barışığı"na çağırması ilə eyni vaxtda tutulub.

Bundan əlavə, Yanuşeviçin dediyinə görə, Rusiyanın səhər saatlarında Çernobayevka və Kamışanı atəşə tutması evlərə, avtomobillərə, kənd təsərrüfatı obyektlərinə, elektrik xətlərinə və qaz kəmərinə ziyan vurub.

Rusiya ordusunun səhər saatlarında etdiyi hücum nəticəsində 4 nəfər orta dərəcəli qəlpə yaraları alıb. Bir yaralıya həkimlər yerindəcə tibbi yardım göstərib, üç nəfər Xerson xəstəxanalarına yerləşdirilib.

Yanuşeviçin sözlərinə görə, Rusiya son bir sutka ərzində Xerson şəhərini və Xerson vilayətini 41 dəfə atəşə tutub.

Xerson rus ordusunun davamlı atəşi altındadır. Yalnız dekabrın 24-də rus ordusu Xerson vilayətinin ərazisini 71 dəfə atəşə tutub. Son məlumatlara görə, 16 nəfər ölüb, 68 nəfər yaralanıb.

Əsas zərbələr Xersonun mərkəzinə, bazara və supermarketə dəyib, Milad bayramı üçün yemək almağa çıxan mülki vətəndaşlar həlak olub.

XS
SM
MD
LG