Ukraynanın Xerson vilayətinin rəsmiləri çərşənbə günü Rusiyanın hava hücumu nəticəsində Berislav şəhərindəki evdə bir nəfərin öldüyünü bildirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri keçən gecə Rusiyanın 11 pilotsuz təyyarəsini vurub.
Ukraynanın qərbindən rəsmilər bildiriblər ki, Rusiyanın pilotsuz təyyarəsinin hücumu Atom Elektrik Stansiyası yaxınlığındakı binaları zədələyib.
Ukraynanın Energetika Nazirliyi Telegram kanalında Rusiyanın hücumu Xmelnitski Atom Elektrik Stansiyası yaxınlığında həyata keçirdiyini, nəticədə yaxınlıqdakı binaların pəncərələrnin və ərazidəki elektrik xətlərinin zədələndiyini yazıb.
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı müraciətində Ukraynanın hazırda Rusiya qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin geri alınacağına söz verib.
"Ukrayna öz ərazisini və xalqını geri alacaq. Biz heç kəsi işğalçıların öhdəsinə buraxmayacağıq. Biz bütün vasitələrdən istifadə edirik ki, bu müharibə işğalçıların məğlubiyyəti ilə başa çatsın" - deyə, Zelenski gecə müraciətində bildirib.
O, həmçinin deyib ki, dünyada bir çoxlarının şübhələrinə baxmayaraq, "bütün çətinliklərə baxmayaraq, Ukrayna xüsusilə Qara dəniz regionunda qalib gələ biləcəyini göstərdi".
Forum