Accessibility links

Rusiya Xersonu bombalayır


Rusiya tərəfindən təyin edilən rəsmilər Ukraynanın şərqindəki Donetsk şəhərinə hücumlar barədə məlumat verdikləri bir vaxt Ukrayna cümə axşamı Rusiyanın cənubdakı Xerson şəhərini atəşə tutması nəticəsində iki nəfərin həlak olduğunu bildirib.

Prezident Volodimir Zelenskinin aparat rəhbərinin müavini Kirilo Timoşenko Telegram kanalında yazıb ki, Rusiyanın endirdiyi zərbələr Xersondakı vilayət administrasiyasının binasını dağıdıb.

Donetskin Rusiya tərəfindən təyin edilmiş meri Aleksey Kulemzinin bildirdiyinə görə, gecə ərzində endirilən zərbələr orada son illərin ən böyük hücumlarından olub.

Rusiyanın dəstəklədiyi separatçılar 2014-cü ildən Donetsk bölgəsinin bəzi ərazilərinə nəzarət edir və bu ilin əvvəlində həmin ərazilərin n Rusiya tərəfindən ilhaq edildiyi elan edilsə də, beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk Cenevrədə İnsan Haqları Şurasının iclasında bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq insan haqları qanunlarının kobud şəkildə pozulması ilə davam edir.

Keçən həftə Ukraynaya səfərə bağlayan Tur, Ukraynada 18 milyon insanın humanitar yardıma ehtiyacı olduğunu və Rusiyanın hava hücumlarının "humanitar vəziyyətin daha ciddi şəkildə pisləşməsinə və daha çox insanın yerini dəyişməsinə səbəb ola biləcəyini" deyib.

Onun sözlərinə görə, Rusiyanın mülki infrastruktura, rləcə də enerji obyektlərinə hücumları Ukraynanın milyonlarla mülki vətəndaşını "şaxtalı qış aylarında həddən artıq çətinliyə" məruz qoyur.

Cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə deyib ki, ABŞ-ın Ukraynaya raketdən müdafiə "Patriot" sistemlərinin göndərilməsini təsdiqləməsi planı təxribatdır.

ABŞ-ın iki rəsmisinin çərşənbə axşamı Amerikanın Səsinə bildirdiyinə görə, Birləşmiş Ştatlar Rusiyadan gələn raketləri vurmaq üçün Ukraynaya raketdən müdafiə "Patriot" sistemi göndərməyə hazırlaşır və bu qərar bu həftə elan oluna bilər.

Ukrayna Rusiyanın temperaturun mənfi dərəcədə olduğu bir vaxt əhalini isti saxlamaq üçün lazım olan elektrik enerjisi obyektlərini öz raket arsenalı və İrandan əldə etdiyi pilotsuz təyyarələrlə hədəf aldığı üçün Qərb tərəfdaşlarından ABŞ istehsalı "Patriot" sistemi də daxil olmaqla, hava hücumundan müdafiə sistemləri istəyib.

Pentaqonun mətbuat katibi, Hərbi Hava Qüvvələrinin briqadası generalı Pat Rayder "Patriot" batareyasının ötürülməsi ilə bağlı şərh verməkdən imtina edərək, "hazırda açıqlanacaq heç bir şey olmadığını" deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG