Accessibility links

Rusiyanın Kyivə növbəti hücumu zamanı vurulan raketlər və dronların qalıqları binaları zədələyib


Rusiya çərşənbə axşamı səhər Ukraynanın hava hücumundan müdafiə sistemlərinin məhv etdiyi 20-dən çox pilotsuz təyyarə ilə Kyivi hədəf alıb. Ukrayna rəsmiləri bunu "genişmiqyaslı hücum" adlandırıb.

Kyivin hərbi administrasiyasının rəhbəri Serhiy Popko Telegram kanalında yazıb ki, Rusiya bir neçə gün ərzində pilotsuz təyyarələr və raketlərdən istifadə etdiyi hava hücumlarından sonra Ukraynanın paytaxtına may ayında 17-ci hücumu zamanı İran istehsalı "Şahed" dronlarına arxalanıb.

Ukrayna Rusiyanın Kyivə hücumlarının əksəriyyətini dəf etməkdə dəfələrlə uğur qazandığını qeyd etsə də, tez-tez vurulan raketlər və dronların qalıqları binaları zədələyir.

Popkonun bildirdiyinə görə, çərşənbə axşamı edilən hücum zamanı qəlpələr yaşayış binasına düşüb və yanğına səbəb olub. Azı bir nəfər ölüb, üç nəfər yaralanıb. Raket parçaları şəhərin müxtəlif yerlərində avtomobillərin üzərinə düşüb və bir evə ziyan vurub.

Rusiya qüvvələri Ukraynanın gözlənilən əks-hücumundan əvvəl Kyivi intensivləşdirdirilmiş hücum kampaniyasına məruz qoyublar. Kyiv liderləri əks-hücumun məqsədinim Rusiyanın 2022-ci ilin fevralında tammiqyaslı hərbi müdaxiləyə başlayandan bəru ələ keçirdiyi əraziləri geri almaq olacaq.

Rusiya paytaxtının meri çərşənbə axşamı Moskvaya hücum zamanı dronların bir neçə binaya cüzi ziyan vurduğunu bildirib.

Mer Sergey Sobyanin verdiyi açıqlamasında hücumun səhər saatlarında baş verdiyini və sakinlərin iki binadan təxliyə edildiyini deyib.

Rusiya mayın əvvəlində Kreml üzərində iki pilotsuz uçuş aparatını vurub və bunun Ukraynanın hücumu olduğunu bildirib.

XS
SM
MD
LG