Accessibility links

Rusiya Ukraynaya havadan zərbələrini davam etdirir


Rusiya Ukraynanı İran istehsalı Şahid-136 dronları ilə vurur
Rusiya Ukraynanı İran istehsalı Şahid-136 dronları ilə vurur

Ukrayna rəsmiləri cümə axşamı ölkənin paytaxtı regionunun Rusiya qüvvələri tərəfindən idarə olunan İran istehsalı pilotsuz təyyarələr tərəfindən vurulduğunu, Ukrayna ordusu isə keçən gün Rusiya raketlərinin ölkənin 40 müxtəlif yaşayış məntəqəsini vurduğunu bildirib.

Ukrayna prezident aparatının rəhbər müavini Kirilo Timoşenkonun dediyinə görə, dronlar Kyiv ətrafındakı "əsas infrastruktur obyektləri" vurub.

Rəsmilər dronları partlayıcı maddələr daşıyan və hədəfi nişan alan kamikadze təyyarələr adlandırıb.

Ukraynanın cənub Nikolayiv şəhərinin meri Oleksandr Syenkoviç də cümə axşamı gecə şəhərin atəşə tutulduğunu və beşmərtəbəli yaşayış binasının dağıdıldığını bildirib.

Hava hücumları ukraynalı tərəfdaşların ölkəyə əlavə hava hücumundan müdafiə vasitələrinin tədarükü üzərində işlədiyi vaxt baş verib.

"Rusiyanın terroru gücləndikcə və qəddarlaşarsa, dünyaya Ukraynaya səmasını qorumağa yardım etmək bizim zəmanəmizin Avropasının ən mühüm humanitar vəzifələrindən biri olduğu bir o qədər aydın olur" - deyə, Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin çərşənbə günü deyib ki, Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan 300 min hərbçini xidmətə çağırmaqla "təlim keçməmiş, heç nədən xəbərdar olmayan rusiyalı mülki vətəndaşları cəbhə xəttinə getməyə məcbur etməyə" çalışsa da, "Ukrayna ordusunun və azad xalqının gücünü, onların demokratiya və suverenliyi uğrunda mübarizədə qalib gəldiyini dünyaya nümayiş etdirdi".

"Onların cəsarəti hamımızı ruhlandırır. Putin müharibəni seçdi. Lakin Ukrayna özünü müdafiə etməyi seçdi. Və o, çox möhtəşəm bir iş gördü" Ostin deyib.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli son hücumlarına görə Rusiyanı müharibə cinayətləri törətməkdə ittiham edib.

Onun sözlərinə görə, "Moskva mülki infrastruktura, elektrik stansiyalara və bəndlərə zərbələri artırıb. Rusiya mülki əhaliyə zərər vermək məqsədi ilə mülki infrastruktura qəsdən zərbələr endirib. Onlar Ukraynanın qocalarını, qadınlarını və uşaqlarını hədəfə alıb. Mülki əhalinin ayrı-seçkilik olmadan və qəsdən hədəf alınması beynəlxalq müharibə qaydalarına görə müharibə cinayətidir".

Putin deyib ki, paytaxt Kyiv də daxil olmaqla, Ukraynanın digər şəhərləri, enerji, hərbi və kommunikasiya infrastrukturlarına zərbələr endiriloməsi keçən şənbə günü Rusiyanı Krımla birləşdirən körpüyə edilən hücuma cavabdır.

XS
SM
MD
LG